Loading...
Loading...
Xəbərlər

Bayden həyəcan təbili çalır: “Zənnimcə, Putin Ukraynaya girəcək”

Vaşinqton/20.01.22  Diplomatiya  və sanksiya təhdidləri çətin ki Kremlin Ukraynaya qoşun göndərməsinə mane olsun, çərşənbə günü ABŞ prezidenti Co Bayden bildirib. Turan-ın Vaşinqton müxbiri xəbər verib.

“Zənnimcə ki, Putin Qərb, ABŞNATO-nun nə qədər möhkəm olduğunu yoxlayacaq. Bəli, məncə, o bunu edəcək”,-Bayden Ağ Evdə ikisaatlıq mətbuat konfransında deyib.

“Amma hesab edirəm ki, bu, Putinə çox ciddi və baha başa gələcək və düşünürəm ki, bunu etdiyinə peşman olacaq “, – Bayden əlavə edib.

Ondan müdaxilənin qaçılmaz olduğuna əmin olub-olmadığını aydınlaşdırmasını istədikdə Bayden deyib ki, Putin bunu etmək niyyətindədir. “O, nəsə etməlidir və bu, mütləq ölkəyə tammiqyaslı müdaxilə olmayacaq”.

Bununla belə, Baydenin şərhi cari kəşfiyyat məlumatından xeyli kənara çıxıb. Administrasiya rəsmilərinin rəyləri belədir ki, Putin müdaxilə ilə bağlı qəti qərar qəbul etməyib.

“Əgər Rusiyanın hər hansı silahlı qüvvələri Ukraynanın sərhədini keçərsə, bu müdaxilə ABŞ-ın və müttəfiqlərimizin çevik, sərt və birləşmiş cavabı ilə qarşılanacaq”, – Baydenin çıxışından sonra Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlərə bildirib.

Baydenin mətbuat konfransı Kiyevdə dövlət katibi Entoni Blinkenin çıxışından cəmi bir neçə saat sonra baş tutub. Blinken Ukrayna xalqını bir olmağa və Rusiyanın təcavüzü fonunda öz suverenliyini qoruyub saxlamağa çağırıb.

“Moskvanın sizi parçalamasına yol verməyin. Bu o deməkdir ki, Ukrayna hökuməti daxilində və xaricində liderlər ümumi milli maraqlar naminə öz fikir ayrılıqlarını kənara qoymalı və mümkün mürəkkəb dövrə hazırlaşmaq üçün birlikdə işləməlidirlər”,- Blinken deyib.

“Sizi ayırmaq və qorxutmaq cəhdlərinə qarşı çıxdığınız zaman ABŞ sizin Ukraynanın gələcəyini qorumaq hüququnuzu qətiyyətlə dəstəkləyəcək”, – o deyib.

Cümə günü Blinken Cenevrədə həmkarı Sergey Lavrovla görüşməlidir. -25B-

Turan

“24 saat”

Gözdən qaçırmayın:  Ukrayna şərtləri açıqladı

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button