2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bayden: ‘Kiyev möhkəm dayanıb, qürurlu dayanıb…’

Ukraynaya tarixi səfərini başa vuran ABŞ prezidenti Co Bayden fevralın 21-də Polşada etdiyi nitqdə NATO müttəfiqlərini Kiyevə “sarsılmaz” dəstək verməyə və alyansın şərq cinahının möhkəmləndirilməsinə çağırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da qeyd olunur ki, bu, ABŞ prezidentinin müharibədə olan və Amerika hərbçilərinin olmadığı bir ölkəyə cəsarətli səfəri idi.

Reuters agentliyi yazır ki, Bayden Varşavadakı Kral qəsrində çıxış edib:

“Bir il əvvəl dünya Kiyevin süqut edəcəyindən narahat idi. Amma mən indi deyə bilərəm: Kiyev möhkəm dayanıb, qürurlu dayanıb, ayaq üstündə şax dayanıb və ən mühümü budur ki, azad dayanıb”.

Reuters yazır ki, prezident Bayden bu səfərindən müharibənin ikinci ilinin başlanğıcında Ukraynaya dəstək ifadəsi üçün istifadə edib.

Eyni gündə Moskvada çıxış edən Rusiya prezidenti Vladimir Putin ölkəsinin Vaşinqtonla nüvə silahlarına nəzarətə dair imzaladığı müqaviləni dayandırdığını bəyan edib.

Putin əlavə edib ki, Moskva müqavilədən çıxmır, sadəcə bu razılaşmada iştirakını dayandırır.

Fevralın 21-də Co Bayden Qərbin Ukraynaya dəstəyinin ən qızğın müdafiəçilərindən biri olan Polşa prezidenti Andjey Duda ilə görüşüb.

Bayden Varşavada etdiyi çıxışında daha sonra deyib:

“Prezident Putin öz tanklarına Ukrayna ərazisinə girməyi əmr edəndə düşünürdü ki, biz bunun üstündən ötüb keçəcəyik. Amma o səhv etdi”.

Duda bildirib ki, Baydenin səfəri ABŞ-ın Avropada təhlükəsizliyin saxlanmasına sədaqətini nümayiş etdirib. Polşa prezidenti ABŞ prezidentinin Kiyevə səfərini “misilsiz jest” adlandırıb.

Polşa NATO-nun Ukrayna ilə ən uzun sərhədi olan ölkəsidir, Ukraynaya Qərb silahlarının gətirilməsində və qaçqınların Ukraynadan çıxarılmasında əsas marşrut olub.

Duda deyib:

“Mən bütün Avropa ölkələrinə, NATO dövlətlərinə Ukrayna ilə həmrəylik nümayiş etdirməyə, ona hərbi dəstək verməyə çağırıram ki, onların vuruşmaq üçün nəsə silahları olsun”.

40 il ərzində kommunist hakimiyyəti altında olan Polşa 1989-cu ilədək Moskvanın başçılıq etdiyi Varşava hərbi paktına daxil idi. Amma hazırda bu ölkə Avropa İttifaqının və NATO-nun üzvüdür.

Reuters bunu da xəbər verir ki, Baydenin gecələdiyi otelin qarşısında asılmış nəhəng plakatda: “Bayden, Ukraynaya F-16 ver” yazılmışdı.

Xəbər yenilənir

24 saat” “
Bayden: ‘Kiyev möhkəm dayanıb, qürurlu dayanıb…’
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button