2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bayden: “Polşaya raket Rusiyadan atılmaya bilər”

Yayımlandı: 16 Noyabr 2022 12:43

Qərb mediası raketin Ukraynadan atıldığını yazır

ABŞ Prezidenti Co Bayden Polşada iki nəfərin ölümünə səbəb olan raketin Rusiyadan atılmamış ola biləcəyini söyləyib.

Saytların yığılması Saytlarin yigilmasi

O, bunu Ukrayna ilə müharibənin qonşu ölkələrə sıçrayacağına dair narahatlıqları Qərb liderləri ilə müzakirə etdikdən sonra deyib.

Noyabrın 15-də Ukrayna ilə sərhəd ölkə olan Polşa ərazisinə raket düşüb.

Həmin ərazidəki taxıl zavodunda baş verən partlayış Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəf alan raketlər dalğasını işə salması zamanı baş verib.

Polşa Xarici İşlər Nazirliyi raketin Ukrayna ilə sərhəddən təxminən 6 km (4 mil) uzaqlıqdakı Pşevodov (Prjewodow) kəndinə düşdüyünü bildirib.

“Associated Press” ABŞ rəsmilərinə istinadən yazır ki, ilkin tapıntılar Polşanı vuran raketin Ukrayna qüvvələri tərəfindən Rusiyadan gələn raketin qarşısını almaq üçün atıldığını göstərir.

Polşa Prezidenti Anjey Duda isə daha əvvəl jurnalistlərə demişdi ki, bu, çox güman Rusiya istehsalı olan raketdir.

Prezident vurğulamışdı ki, onu kimin atdığına dair konkret sübut yoxdur və insident birdəfəlik olub.

Foto: “Telegram”

Adının açıqlanmasını istəməyən sakin bildirib ki, iki qurban taxıl zavodunun tərəzi sahəsinin yaxınlığında olan kişilərdir.

Rusiya Müdafiə Nazirliyi hər hansı Rusiya raketinin Polşa ərazisinə düşməsini təkzib edərək, bu xəbərləri “vəziyyəti gərginləşdirməyə yönəlmiş qəsdən təxribat” kimi qiymətləndirib.

Kremlin sözçüsü Dmitri Peskov Polşada partlayışla bağlı məlumatı olmadığını bildirib.

“Associated Press” həmçinin qeyd edir ki, ilkin tapıntılar raketin Ukraynaya aid olduğunu göstərir.

Moskva da bildirir ki, onun silahları Ukrayna-Polşa sərhədi yaxınlığında istifadə olunmayıb.

Rusiyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Dmitri Polyanski “Telegram” kanalında yazıb ki, NATO ilə Rusiya arasında birbaşa hərbi toqquşma törətmək cəhdi var:
“Bunun nəticələri bütün dünya üçün ağır ola bilər”.

Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) üzvləri onun 5-ci maddəsinə əsasən, kollektiv müdafiəyə sadiq olduqları üçün Rusiyanın Polşaya istənilən zərbəsi Rusiya ilə Ukrayna arasında münaqişənin genişlənməsi riski ilə üzləşə bilər.

Bayden hadisəni müzakirə etmək üçün G20 sammiti üçün İndoneziyanın Bali adasında toplanan bir neçə liderin görüşünü çağırıb.

NATO üzvü olan Almaniya, Kanada, Hollandiya, İspaniya, İtaliya, Fransa və İngiltərənin liderləri, həmçinin NATO üzvü olmayan Yaponiya və Avropa İttifaqının nümayəndələri iştirak ediblər.

“Raketin Rusiyadan atılıb-atılmadığını söyləmək üçün tezdir?” – sualına Bayden belə cavab verib: “Bunu inkar edən ilkin məlumatlar var. Biz bunu tam araşdırana qədər nəsə demək istəmirəm”.

Noyabrın 15-də həmçinin NATO səfirlərinin görüşəcəyi gözlənilir.

Varşavadakı Polşa rəsmiləri isə bildiriblər ki, onların hökuməti, çox güman ki, müttəfiqlər arasında məsləhətləşmələr aparmaq üçün müqavilənin 4-cü maddəsinə əsasən NATO-nun iclasını tələb edəcək.

Həmçinin noyabrın 15-də BMT Təhlükəsizlik Şurasının iclasında da bu məsələ qaldırılacaq.

Ukrayna Prezidenti Volodimir Zelenski isə düşünür ki, münaqişənin “əhəmiyyətli dərəcədə kəskinləşməsi” üçün Rusiya raketləri Polşa ərazisini vurub. Lakin o, hər hansı sübut təqdim etməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button