2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bayden Putinin Ukraynaya hücumunu dünya üçün sınaq sayır

Yayımlandı: 8 Fevral 2023 16:09

“Son 2 ildə dünyada demokratiyalar zəif yox, daha da güclü olub”

“Vladimir Putinin Ukraynaya qarşı amansız müharibəsi Amerika və bütün dünya üçün sınaqdır”.

Saytların yığılması Saytlarin yigilmasi

Bunu ABŞ Prezidenti Co Bayden ABŞ Konqresinə müraciətində deyib.

Məlumatı “Turan”ın Vaşinqton müxbiri ABŞ Konqresindən yayıb.

“Putinin hücumu əsrin sınağı idi. Bu, Amerika və bütün dünya üçün sınaq idi”, – deyə Bayden əlavə edib.

O bildirib ki, davam edən savaş Avropanın İkinci Dünya müharibəsindən sonra yaşadığı və dağıntılara səbəb olan öldürücü hücumdur.

“Biz ən əsas prinsipləri müdafiə edəcəyikmi? Suverenliyi müdafiə edəcəyikmi? İnsanların zülm olmadan yaşamaq hüququnu müdafiə edəcəyikmi? Bir il sonra deyirik: bəli, edəcəyik. Biz NATO-nu birləşdirdik və qlobal koalisiya yaratdıq. Həmçinin Putinin təcavüzünə qarşı çıxdıq və Ukrayna xalqı ilə birlikdə olduq”, – Bayden belə söyləyib.

C.Bayden iclasda iştirak edən Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarovaya müraciət edərək bildirib: “Cənab səfir, Amerika sizin ölkəyə dəstək verməkdə davam edəcək. Lazım olduğu qədər sizinlə birlikdə olacağıq. Xalqımız təkcə Avropada yox, hər yerdə daha böyük azadlığa, daha böyük ləyaqətə və daha böyük sülhə can atır”.

ABŞ lideri illik çıxışı zamanı Çin haqqında da danışıb:

“Çinlə əməkdaşlığa sadiqəm, burada Amerikanın maraqlarını inkişaf etdirə biləcəyik və dünyaya fayda verə biləcəyik”.

“Ancaq yanlış düşünməyin: ötən həftə açıq şəkildə işarə etdik ki, əgər Çin bizim suverenliyimizi təhdid edərsə, ölkəmizi qorumaq üçün hərəkət edəcəyik və biz bunu etdik”, – Bayden əlavə edib.

Sonda Co Bayden deyib ki, son 2 ildə dünyada demokratiyalar zəif yox, daha da güclü olub:

“Avtokratiyalar güclü yox, daha zəif olub. Amerika iqlim və qlobal sağlamlıqdan qida təhlükəsizliyinə, terrorizm və təcavüzə qədər bu problemləri həll etmək üçün dünyanı yenidən birləşdirir”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button