2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏDünya

Bayden Putinlə görüşə razılaşır

Avropalı müşahidəçilər son günlər atəşkəs pozuntularının artdığını qeydə alırlar. Qərb rəsmiləri buna görə separatçıları ittiham edir

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ Prezidenti Co Bayden bir neçə günə rusiyalı həmkarı Vladimir Putinlə görüşməyə ilkin razılıq verib. Məqsəd Kremlin liderini Ukraynaya təcavüzdən çəkindirməkdir.

“İşğal baş verməsə”, fevralın 24-də ABŞ dövlət katibi Entoni Blinkenlə Rusiyanın Xarici işlər naziri Sergey Lavrov görüşəcək. Bunu fevralın 20-də bəyanatında Ağ evin sözçüsü Jen Psaki açıqlayıb.

Bayden G7 ilə virtual görüş keçirəcək

İkitərəfli görüş ideyasını dünən hər iki liderlə danışan Fransa Prezidenti Emmanuel Makron irəli sürüb.

Sammit üçün konkret tarix, yaxud yer açıqlanmayıb. Baydenlə Putin dövlət başçıları kimi ilk dəfə iyunda Cenevrədə bir araya gəliblər. Həmin sammit Rusiyanın yazda Ukrayna yaxınlığına qoşun yığmağa başlamasından sonra keçirilmişdi.

Gözlənən sammitdən öncə Bayden fevralın 24-də Böyük Yeddilik (G7) liderləri ilə virtual görüş keçirəcək. G7 üzvləri olan ABŞ, Britaniya, Fransa, Almaniya, Kanada, İtaliya və Yaponiya Rusiyanın sərhədə qoşun yığmasının yaratdığı böhranı müzakirə edəcək.

“Tammiqyaslı hücum”

ABŞ prezidenti fevralın 18-də deyib ki, Putinin Ukraynanı işğal qərarı verməsindən “əmindir” və bu, bir neçə günə baş verə bilər. Baydenin sözlərinə görə, Putin hücumu həyata keçirərsə, ABŞ və avropalı müttəfiqləri Rusiyaya sanksiyalar tətbiq edəcək.

Rusiyanın hazırda Ukrayna ətrafına 150 mindən çox döyüş qüvvəsi cəmlədiyi bildirilir.

Kreml Ukraynanın NATO-ya üzvlüyünə mane olmağa, bu ölkəni öz təsir dairəsinə qaytarmağa çalışır.

Rusiya dəfələrlə Ukraynanı işğal planı olmadığını, qüvvələrinin bir hissəsini geri çəkməyə başladığını bildirib. ABŞ və NATO isə geri çəkilməyə heç bir əlamət görmədiklərini deyirlər.

Psaki fevralın 20-də bir daha qeyd edib ki, “Rusiyanın tezliklə Ukraynaya tammiqyaslı hücuma hazırlaşdığı görünür”.

Atəşkəs pozuntuları

Birləşmiş Ştatlar son həftələr xəbərdarlıq edir ki, Rusiya Ukraynaya hücumu əsaslandırmaq üçün ölkənin şərqində “saxta bayraq” əməliyyatına əl ata bilər.

Səkkiz ildir Ukrayna hökuməti ölkənin şərqində iki vilayətdə Rusiyanın dəstəklədiyi separatçılarla müharibə aparır.

Tərəflər indiyədək bir neçə dəfə atəşkəs əldə ediblər. Avropalı müşahidəçilər son günlər atəşkəs pozuntularının artdığını qeydə alırlar. Qərb rəsmiləri buna görə separatçıları ittiham edir.

Putin isə atışmaya görə Ukraynanı suçlayır, bu isə onun işğal üçün bundan bəhanə kimi istifadə edə biləcəyi sarıdan narahatlığı artırır.

24 saat” “
Bayden Putinlə görüşə razılaşır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button