2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Bayden Putinlə Ukraynanı müzakirə edəcək

Dekabrın 7-də ABŞ prezidenti Co Bayden və Rusiya prezidenti Vladimir Putin onlayn “uzun söhbət” edəcəklər.

Məlumata görə, iki lider videobağlantıda Ukrayna sərhədləri yaxınlığında Rusiyanın böyük hərbi qüvvə yerləşdirilməsi ilə bağlı vəziyyəti müzakirə edəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

Kremldəki mənbənin CNN-ə dediyinə görə, danışıqların çərşənbə axşamı axşam saatlarında baş tutacağı ehtimal edilir.

Dekabrın 3-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov jurnalistlərə bildirib ki, Bayden və Putin virtual sammitdə Əfqanıstanda Talibanın bu ölkədə hakimiyyəti ələ keçirməsindən sonrakı vəziyyəti, İranla atom sazişini xilas etmək üçün danışıqları və ABŞ-Rusiya münasibətlərini də müzakirə edəcəklər.

Uşakovun sözlərinə görə, sammitin tarixi və vaxtı artıq məlumdur, lakin onların rəsmi dərci üçün bütün parametrlər nəhayət ABŞ ilə razılaşdırılmalıdır.

Bu barədə “Dojd” telekanalı (Rusiya hakimiyyəti tərəfindən “xarici agent” kimi tanınıb) məlumat yayıb.

Ukrayna silahlı qüvvələrinin komandanlığı Ukrayna ilə sərhədə yaxın ərazidə yerləşən Rusiya hərbçilərinin sayını 94 min hərbçi kimi qiymətləndirir.

ABŞ kəşfiyyatı bu yaxınlarda Rusiya hərbi qruplaşmasının təxminən 70 min əsgər olduğunu qeyd edib, lakin onların sayının 175 min əsgər və zabitə qədər artdığını etiraf edib.

“Amerikanın Səsi”nin məlumatına görə, rus qoşunları daim sərhədə doğru və geriyə hərəkət edir. Ehtimal edilir ki, belə bir addım müşahidəçiləri çaşdırmaq edilir.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button