2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bayden Rusiyada nüvə silahına dair müzakirələrdən narahatdır

Oktyabrın 27-də etdiyi çıxışda Putin demişdi ki, Mosdkva nüvə silahına əl atacağını heç vaxt deməyib

Saytların yığılması Saytlarin yigilmasi

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynada nüvə silahından istifadəyə dair Rusiyanın yüksək rütbəli hərbçiləri arasında mümkün müzakirələrdən narahatlığını bildirib.

The New York Times qəzeti Amerikanın adının çəkilməsini istəməyən məmurlarına istiadən iddia edir ki, Rusiyanın ali hərbiyyə rəhbərliyi bugünlərdə bu məsələni müzakirə edib.

Qəzet yazır ki, Rusiya prezidenti Vladimir Putin bu müzakirələrdə iştirak etməyib.

O Rusiyada yeganə şəxsdir ki, generalların mövqeyindən asılı olmayaraq nüvə silahından istifadə barədə qərar qəbul edə bilər.

Bayden Putinin izahatlarına inanmır

Buna baxmayaraq belə müzakirələrin getməsi Ağ Evi narahat edib. Ağ Ev hesab edir ki, bu müzakirələrə Rusiyanın Ukraynadakı hərbi uğursuzluqları səbəb olub.

Qərb dövlətləri bildirirlər ki, Kreml fevral ayından bəri nüvə silahından istifadə edilə biləcəyinə dair müntəzəm siqnallar verir.

Oktyabrın 27-də etdiyi çıxışda Putin demişdi ki, Mosdkva nüvə silahına əl atacağını heç vaxt deməyib.

Bundan başqa Rusiya Elmlər Akademiyasının dünya iqtisadiyyatı və beynəlxalq münasibətlər institutunun hazırladığı hesabatda deiylirdi ki, Qərb Rusiya rəsmilərinin nüvə silahı barədə bəyanatlarını düzgün şərh etmir.

The Washington Post qəzetinin adı çəkilməyən mənbləri bildirirlər ki, ABŞ rəsmiləri Putinin izahatından arxayın deyillər.

Ağ Evdə hesab edirlər ki, Rusiyanın Ukrayna müharibəsindəki bütün resursları tükənəndən sonra Moskva nüvə silahına əl ata bilər.

24 saat” “
Bayden Rusiyada nüvə silahına dair müzakirələrdən narahatdır
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button