2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bayden Rusiyaya şərtini açıqlayıb

Yayımlandı: 26 Yanvar 2023 12:19

ABŞ Prezidenti deyir ki, Rusiya geri çəkilsə, müharibə başa çatacaq

“Rus qoşunları Rusiyaya qayıtsa, müharibə elə bu gün başa çatar. Bizim istədiyimiz budur, daha dəqiq isə, müharibəyə son qoymaq”.

Saytların yığılması Saytlarin yigilmasi

Bu açıqlamanı ABŞ Prezidenti Co Bayden yanvarın 25-də səsləndirib.

Co Bayden ABŞ Ukrayna Silahlı Qüvvələrinə dəstək üçün 31 ədəd “M1 Abrams” tankından ibarət batalyon göndəriləcəyini də elan edib.

Ancaq Amerika lideri tankların Ukraynaya göndərilməsinin Rusiya üçün təhlükə törətmədiyini də əlavə edib.

Bu barədə məlumatı “Turan”ın Vaşinqton müxbiri Dövlət Departamentinə istinadən yayıb.

C.Bayden həmçinin bildirib ki, ABŞ və digər NATO üzvləri bir-biri ilə razılaşdırılmış şəkildə hərəkət edir.

Bununla da prezident Almaniyanın Ukraynaya “Leopard2” tankları göndərməsi üçün Vaşinqtonun Berlinə təzyiq göstərməsi haqqında iddiaları təkzib edib.

Dövlət Departamentinin mətbuat katibi agentliyə bildirib ki, son bir neçə günün hadisələri ABŞ müttəfiqlərinin və tərəfdaşlarının qətiyyətini və birliyini nümayiş etdirdi.

Münaqişənin qısa xronikası

2022-cil il Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrova qarşı sanksiyalar tətbiq edilib.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

2022-ci il aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

2022-ci il iyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

2022-ci ilin sentyabrın 30-da Vladimir Putin Rusiyanın nəzarəti ələ keçirdiyi ərazilərlə müqavilə imzalayıb.

Sentyabrın 23-dən -27-dək Rusiyanın işğal altında saxladığı Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərində referendum keçirilib.

Referendumda üç sual qoyulub: “Siz regionun Ukraynadan ayırılmasının, müstəqil dövlət yaradılmasının və Rusiyanın tərkibinə daxil olmasının tərəfdarısınızmı?”

Rusiyanın açıqladığı nəticələrə görə, həmin vilayətlərin sakinləri Rusiyanı dəstəkləyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button