2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Bayden Ukraynada Rusiyanın təcavüzünə qarşı çıxacağını vəd edir

Vaşinqton/02.09.21 Çərşənbə günü ABŞ prezidenti Co Bayden ukraynalı həmkarını Vaşinqtonun Ukraynanın suverenliyinə sadiqliyinə və Rusiyanın təcavüzünə qarşı olduğuna əmin edib. Bu barədə Turan-ın Amerikadakı müxbiri bildirib.

“Ukrayna müstəqilliyini bərpa etdikdən otuz il sonra ABŞ və Ukrayna arasında bağlılıq həmişəkindən daha güclüdür”,- ABŞ – Ukrayna strateji tərəfdaşlığı haqda birgə bəyanatda deyilir.

“Bizim münasibətlərimiz Ukraynada və bütün regionda təhlükəsizliyin, demokratiyanın və insan hüquqlarının təməl daşıdır. Biz Ukraynanın Avropa və Avroatlantika səylərinin həyata keçirilməsi üçün lazım olan dərin və hərtərəfli islahatların həyata keçirilməsinə sadiqik.

Saytların yığılması Saytlarin yigilmasi

Biz həmçinin Rusiyanın davam edən  təcavüzü qarşısında Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, – sənəddə qeyd edilir.

Baydenin prezident Zelenski ilə görüşü ABŞ-ın Rusiya ilə bağlı mövqeyilə əlaqədar Vaşinqton və Kiyev arasında gərginliyin artması fonunda keçib. Çünki Ukrayna rəsmiləri Ağ Evin Kremllə bağlı həddindən artıq güzəştə getməsindən narahatdırlar.

Zelenski Ağ Evə çərşənbə günü günorta yerli vaxtla saat 13:58-də gəlib, Turan-ın müxbiri bildirib. 7 dəqiqə sonra jurnalistlər Oval kabinetə daxil olanda o və prezident Bayden söhbət edirmişlər.

Baydenin qısa bəyanatından sonra Zelensky Ukrayna dilində danışıb. “Birləşmiş Ştatlar bizim strateji tərəfdaşımız, suverenliyimizin və ərazi bütövlüyümüzün tərəfdarıdır”, – o deyib, Ukraynaya 2 milyondan çox vaksin göndərdiyinə və 60 milyon dollar məbləğində əlavə hərbi yardıma görə həmkarına təşəkkürünü bildirib.

O, Baydenlə “Donbasda və Rusiya Federasiyası tərəfindən işğal olunmuş Ukrayna Krımında vəziyyət, həmçinin Qara dənizdə və Azov dənizi regionunda təhlükəsizlik haqqında” danışacağını da xatırladıb.

Nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli görüşü saat 16:12-də başa çatıb və Zelenski Ağ Evi 5 dəqiqədən sonra tərk edib.

Bu, Ukrayna liderinin son 4 ildə ABŞ prezidenti ilə ilk şəxsi görüşü idi. Köhnə prezident Pyotr Poroşenko 2017-ci ilin iyununda Donald Trampın qonağı olub. Zelenski həmçinin 2019-cu ilin sentyabrında Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının sammitində Trump ilə görüşüb.

Çərşənbə günü Ağ Evi tərk edən Ukrayna lideri Kaliforniyaya gedib. Həmin gün Dövlət Departamenti Ukraynanın Xarici İşlər Nazirliyi ilə birlikdə iki ölkə hökumətləri arasında elm və texnologiyalar haqqında sazişin qüvvəyə mindiyini elan edib. “Saziş ölkələrimiz arasında davam edən əməkdaşlığı möhkəmləndirir, elm və texnologiyalar sahəsində mövcud və gələcək əməkdaşlığı önə çıxarır”, – sənəddə deyilir. -25B-

 

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button