2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

Bayden Ukraynaya müdaxiləni “qlobal problem” adlandırdı

ABŞ Prezidenti müttəfiqlərinin yanında olacağını deyir

ABŞ Prezidenti Co Bayden Ukrayna böhranını beynəlxalq asayişin, ərazi bütövlüyünün və suverenliyinin qorunmasının əhəmiyyətini artıran qlobal problem adlandırıb.

Saytların yığılması Saytlarin yigilmasi

Bayden ABŞ, Yaponiya, Hindistan və Avstraliyanın dördlü toplantısında Ukraynadakı vəziyyətlə bağlı belə deyib: “Bu, sadəcə, Avropa məsələsidir, qlobal problemdir”.

Bayden vurğulayıb ki, Vaşinqton müttəfiqlərinin yanında olacaq, azad və açıq Hind-Sakit Okean regionu üçün səy göstərəcək.

“Beynəlxalq hüquq, insan hüquqları dünyanın harasında pozulmasından asılı olmayaraq, həmişə müdafiə olunmalıdır”, – Bayden əlavə edib.

Ukrayna Prezidenti Volodimir Zelenski isə mayın 23-də Davosda qlobal biznes liderlərinə deyib ki, dünya Rusiyanı “kobud güc” tətbiq etməkdən çəkindirmək üçün sanksiyaları artırmalıdır.

Moskvanın Ukrayna münaqişəsinə görə Qərbdən təcrid olunduğu bir vaxtda Çinlə iqtisadi əlaqələrini artıracağını deməsi Avropa İttifaqının Rusiya neftinə embarqo qoyması ehtimalnı gücləndirir.

Aİ-nin 27 üzv dövlətinin çoxu Rusiya enerjisindən asılıdır və tədarükləri dayandırmaq üçün sürətli addımlar atılmır. Bu da Kiyevin Qərbi tənqid etməsinə səbəb olur.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ və Avropa ilə iqtisadi əlaqələr kəsildiyi üçün Kreml diqqətini Çinlə əlaqələri inkişaf etdirməyə yönəldəcək.

“Əgər onlar (Qərb) münasibətlərin bərpası baxımından nəsə təklif etmək istəsələr, o zaman biz bunun bizə lazım olub-olmayacağını ciddi şəkildə nəzərdən keçirəcəyik”, – o, çıxışında bildirib.

Fevralın 24-dən Rusiyanın Ukraynaya başlayan hərbi müdaxiləsi nəticəsində 6,5 milyondan çox insanın xaricə getdiyi bildirilir.

Ukraynanın bütün şəhərlərinin xarabalığa çevrildiyi qeyd edilir. Bütün bunlar isə Qərbin Rusiyaya qarşı görünməmiş sanksiyalar tətbiq etməsinə gətirib çıxarıb.

Zelenski açıqlamasında onu da deyib ki, Ukraynanın müttəfiqlərini Moskvaya məhbus mübadiləsi üçün təzyiq göstərməlidir:

“Rusiya hərbçilərinə ehtiyacımız yoxdur, bizə yalnız bizimkilər lazımdır”, – deyə Zelenski bildirib.

O əlavə edib ki, mübadiləyə sabah da hazırdır, hətta bu gün də.

Rusiya Ukraynadakı hərəkətlərini “xüsusi əməliyyat” adlandırır.

Moskva bildirir ki, hərbi əməliyyat işğal üçün deyil, cənub qonşusunun hərbi imkanlarını məhv etmək və təhlükəli millətçi hesab etdiyi qüvvələri ələ keçirmək məqsədi daşıyır.
Ukrayna və Qərb isə bununla razı deyil, Rusiyanın addımını işğal adlandırır.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button