2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Bayden və Conson Əfqanıstandan çıxışın vəziyyətini müzakirə ediblər

ABŞ prezidenti Co Bayden Britaniyanın baş naziri Boris Consonla Əfqanıstandan minlərlə insanın evakuasiyasının koordinasiya edilməsi planlarını müzakirə edib.

Xarici qoşunların Əfqanıstandan çıxarılması üçün təyin edilmiş son müddətə bir həftə vaxt qalır.

Taliban bildirib ki, bu müddətdən sonra xarici qoşunların və adamların Əfqanıstandan çıxarılmasına imkan verməyəcək və bu, onun üçün “qırmızı xətdir”.

Saytların yığılması Saytlarin yigilmasi

Ağ Evin avqustun 23-də açıqlanmış bəyantında Bayden-Conson müzakirələri haqqında deyilir:

“Onlar diplomatik və hərbi heyətin vətəndaşların, yerli işçilərin və başqa çətinlikdə olan əfqanların evakuasiyası üçün davam edən səylərini müzakirə ediblər. Onlar habelə G7 liderlərinin sabah (avqustun 24-də) keçiriləcək virtual görüşünü müzakirə ediblər və Əfqanıstanda yaranmış situasiyanın idarə olunmasında və Əfqanıstana münasibətdə ümumi yanaşmanın formalaşdırılmasında partnyorlarla sıx koordinasiyasının mühümlüyünü vurğulayıblar”.

Müddətin uzadılması

Əfqanıstandan təxliyə ilə bağlı yaranmış böhran Qərb liderlərini xarici qoşunların Kabil hava limanında müəyyən edilmiş 31 avqust tarixindən sonra da saxlanması məsələsini nəzərdən keçirməyə məcbur edib.

Onlar deyirlər ki, çıxış müddətinin uzadılması xarici koalisiyaya xidmət etmiş minlərlə əfqanın və onların ailə üzvlərinin təhlükəsiz bir şəkildə evakuasiya edilməsi üçün mühüm ola bilər.

Bu adamların əksəriyyəti Talibanın onlara divan tutacağından və qisas alacağından narahatdır.

Bundan əvvəl, avqustun 23-də Taliban bildirmişdi ki, evakuasiyanın uzadılmasını “təxribat” hesab edəcək və bunun “nəticələri” olacaq.

BMT missiyası müvəqqəti Qazaxıstana köçür

Bu arada verilən xəbərlərdə deyilir ki, BMT heyətini daşıyan ikinci təyyarə Qazaxıstanın ən böyük şəhəri olan Almatının hava limanına enib.

BMT nümayəndəsi Stefane Duyariç avqustun 23-də deyib ki, bu təyyarə ilə BMT-nin 120 əməkdaşı və Əfqanıstandakı bir neçə QHT-nin üzvləri gətirilib.

Əfqanıstanda BMT-nin UNAMA missiyası və başqa agentlikləri fəaliyyət göstərirdilər.

BMT öz heyət üzvlərinin Almatıya relokasiyasına ötən həftə başlayıb.

Göyərtəsində 141 UNAMA işçisi olan birinci təyyarə Almatıya avqustun 18-də enmişdi.

UNAMA rəhbəri Debora Lion o vaxt demişdi ki, onun əməkdaşlarından 60 nəfəri Qazaxıstanda qalaraq qrupun Əfqanıstandakı fəaliyyətini məsafədən koordinasiya edəcək.

Taliban öz beynəlxalıq imicini yaxşılaşdırmaq və gələcəkdə beynəlxalq təcridə məruz qalmamaq üçün vəd edib ki, diplomatik və BMT missiyalarının təhlükəsizliyini təmin edəcək.

BMT və onun agentliklərində hazırda 3 minədək əfqan çalışır.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button