Dünya
Baydendən üçtərəfli sammitdən sonra ilk şərh: Avro-Atlantik bölgədə Ərdoğan və Türkiyə ilə işləməyə hazıram

Litvanın paytaxtı Vilnüsdə keçirilən NATO Dövlət və Hökumət Başçıları Zirvəsi öncəsi prezident Rəcəb Tayyib Ərdoğan, NATO-nun baş katibi Yens Stoltenberq və İsveçin baş naziri Ulf Kristersson bir araya gəlib. İsveçin NATO-ya üzvlüyünün müzakirə edildiyi toplantıda “konsensus” qərarı verilib.
Yığıncaqdan sonra açıqlama verən Yens Stoltenberq Türkiyənin İsveçin üzvlüyünü təsdiqlədiyini və qərarı prezident Ərdoğanın Məclisə verəcəyini, ABŞ-ın da açıqlama verəcəyini bildirib. ABŞ prezidenti Co Bayden bu qərarı alqışladığını bildirib.