Loading...
Loading...
Dünya

Baydenlə Lapid birgə bəyannamə imzalayıblar

“Biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”, – Bayden deyib

ABŞ Prezidenti Co Bayden və İsrailin Baş naziri Yair Lapid İranın nüvə silahı əldə etməsinin qarşısını alacaqlarını deyirlər. Ancaq bu iki müttəfiqin Tehrana yanaşma yolları fərqidir.

Bayden 2021-ci ilin yanvarında vəzifəyə keçəndən bəri Yaxın Şərqə ilk səfəri çərçivəsində İsraillə “Yerusəlim Bəyannaməsi”nə imza atıb.

“Biz İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik”, – Bayden iyulun 14-də mətbuat konfransında deyib.

İsrailə dəstək

Bəyanatda həmçinin Vaşinqtonun İsrailin regionda hərbi üstünlüyünə, “özü özünü müdafiə etməsinə” dəstəyi bir daha vurğulanır.

Lapid imzalama mərasimindən sonra deyib ki, “nüvə silahlı İranın qarşısını almağın yeganə yolu budur ki, İran azad dünyanın gücdən istifadə edəcəyini bilsin”.

İsraillə ABŞ-ın İranla bağlı spesifik siyasəti fərqlidir.

Bayden ABŞ-ın İranla 2015-ci il nüvə sazişinə qayıtmasını istəyir. Keçmiş Prezident Donald Tramp 2018-ci ildə Vaşinqtonu bu sazişdən çıxararaq Tehrana sanksiyaları bərpa edib.

Tramp deyirdi ki, İran sazişin şərtlərinə əməl etmir, Yaxın Şərqdə terroru maliyyələşdirir. Tehran isə bu iddianı rədd edib.

“Əgər son vasitə olsa, hə”

Nüvə sazişinin bərpasından ötrü İranla Qərb ölkələri fasilələrlə danışıqlar aparır.

İranın qatı rəqibi olan İsrail isə nüvə sazişinə qarşı çıxır, sazişin sonucda Tehranın nüvə silahı hazırlanmasına aparacağını deyir.

Bayden İsrail TV-sinə müsahibəsində deyib ki, saziş İranın nüvə bombası hazırlaması cəhdlərinin qarşısını almağın ən yaxşı yoludur.

Gərəkərsə, ABŞ gücə əl ata bilərmi sualına cavabında o deyib: “Əgər son vasitə olsa, hə”.

Bayden həftəsonuna Səudiyyə Ərəbistanına da səfər edəcək. Sünni müsəlman ölkəsi Səudiyyə şiələrin çoxluqda olduğu İranın qatı rəqibidir, hər ikisi regionda nüfuz uğrunda rəqabət aparır.

24 saat” “
Baydenlə Lapid birgə bəyannamə imzalayıblar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Vinnitsa şəhərinə raket zərbəsində azı 12 nəfər həlak olub

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button