2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bayıl və 20-ci sahə ərazilərində bir həftədir qaz yoxdur

Bakının Səbail rayonunun Bayıl və 20-ci sahə ərazilərində bir həftədir əhaliyə qaz verilmir. Sakinlərin xəbər verdiyinə görə, havaların soyuduğu son 3-4 gündə bununla bağlı əlaqədar ünvanlara telefon zəngləri etsələr də, şikayətləri bir nəticə verməyib. Günlərdir SOCAR-ın 104 və 185 qaynar xətlərinə zəng edərək, dərdlərini anlatmaq istəyən sakinlərdən biri deyir ki, bu xətt daim məşğul olduğunu göstərir, “sanki operatorlar saatlarla kimlərləsə lətifə danışırlar.”

Sakinlərin sözlərinə görə əraziyə uzun zamandır “soyuq qaz” verilirdi, yəni evlərə gələn qaz hamam sularını belə isitmək gücündə deyildi. Əhalinin xeyli hissəsi su qızdırıcıları vasitəsilə problemi yola verirdi. İndi isə o az-azacıq gələn qazı da kəsiblər və səbəbin nə olduğu, problemin nə zaman həll olunacağı haqda da heç bir məlumat verilmir. Şikayətlərini qəzetimiz vasitəsilə əlaqədar ünvanları çatdırmağı xahiş edən sakinlər inanmaq istəyir ki, onların səsini eşidib məsələyə əncam çəkən olacaq.

Saytların yığılması Saytlarin yigilmasi

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button