2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Bayram günləri İmişli müəllimləri məcburi təlimə aparılıb”

Yayımlandı: 16 Noyabr 2022 17:48

Şikayətçi deyir ki, Regional Təhsil İdarəsi “qolçomaq” prinsipi ilə işləyir

İmişili rayonunda yerləşən bütün ümumtəhsil məktəblərinin ibtidai sinif və ədəbiyyat müəllimlərinin qeyri-iş günlərində məcburi “Oxu vərdişləri” təlimlərinə cəlb edildiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

İşini itirmək təhlükəsi ilə adının açıqlanmasını istəməyən İmişli rayondakı məktəblərdən birinin ibtdiai sinif müəllimi Meydan TV-yə deyib ki, 2022-ci il noyabrın 6,7,8 və 9-da ölkədə qeyri-iş günü olsa da, müəllimlər məcburi təlimlərə cəlb olunub.

Təlimlər Elm və Təhsil Nazirliyi və Müəllimləri Təkmilləşdirmə İnstitutu ilə birgə keçirilib.
Şikayətçi müəllim deyir ki, Mil-Muğan Regional Təhsil İdarəsi bütün müəllimlərin məcburi iştirakını tələb edib:

“Direktorlara deyilib ki, təlimdə iştirak etməyən müəllimin fəaliyyət göstərdiyi məktəbdə yoxlama aparılacaq. Regional Təhsil İdarəsi “qolçomaq” prinsipi ilə işləyir. Adətən belə təlimlər keçiriləndə, su, yaxud qəlyanaltı kimi nələrsə təşkil olunur. Bu dəfə heç nə olmadı. Müəllim var ki, səhər saat 8-də 50-60 kilometr məsafədən rayon mərkəzinə gəlib. Hem kimə yolpulları ödənilmədi”.

Müəllim bildirir ki, eyni təlim hələ 2021-ci ildə də keçirilib. Onun sözlərinə görə, builki materiallar öncəkindən fərqlənməyib:

“Soruşduq ki, axı bunlar eyni materialdır. Niyə təkrar təlimlər keçirilir? Bildirdilər ki, ötən ilkini Təhsil Nazirliyi, bunu isə Elm və Təhsil Nazirliyi təşkil edir. Halbuki, eyni materialdır. Guya nazirliyin adı dəyişib, bunlar inkişaf ediblər. Dedilər ki, burada heç bir maddi maraq yoxdur. Sadəcə, müəllimlərə dəstək üçün burdayıq. Düzü, inandırıcı gəlmir ki, həmin adamlar bazar və bayram günlərində təmənnasız təlim keçməyə gəlsinlər”.

Mil-Muğan Regional Təhsil İdarəsindən Meydan TV-yə bildirilib ki, tədbir təlim deyil, metodiki dəstəklə bağlı layihə çərçivəsində keçirilib:

“Təhsil İnstitutunun dəstəyi ilə keçirilən tədbirdə qiymətləndirmə və oxuyub anlama mövzularında müəllimlərə müasir tələblər baxımından metodiki yanaşmalarla bağlı dəstək göstərilib, birgə innovativ təlim metodları, səmərəli iş üsulları ətrafında müzakirələr aparılıb”.

Məlumatda qeyd olunub ki, metodiki dəstək layihəsi müəllimlər arasında könüllülük prinsipi əsasında aparılıb:

“İştirakçılara sərbəst seçim şəraiti yaradılıb. 26 nəfər müəllim tədbirə qoşulmaq istəməyib və tədbirdə iştirak etməyib. Onların bu mövqeyinə anlayışla yanaşılıb. Təhsil sahəsində aparılan genişmiqyaslı islahatlara uğurlu nəticələrin əldə olunması mütəmadi olaraq müəllimlərin bilik, bacarıq və peşəkarlıq səviyyəsinin daim təkmilləşdirilməsi zərurətini yaradır. Metodiki dəstək çərçivəsində aparılan layihə də bu prinsipə xidmət edib”.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button