Now Reading:
Bayram Məmmədov apelyasiya şikayəti verib

Bayram Məmmədov apelyasiya şikayəti verib

Martın 30-da 30 sutka inzibati cəza alan keçmiş “heykəl məhbusu” Bayram Məmmədov özü və vəkili Elçin Sadıqov apelyasiya şikayəti verib.

Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov məlumat verib.

Vəkil bildirib ki, qanunvericiliyin tələbinə əsasən aprelin 2-də apelyasiya şikayətinə baxılmalıdır. Ancaq məhkəmə baxışı barədə məlumat verməyiblər.

Prezident İlham Əliyevin martın 16-da imzaladığı əfv sərəncamı ilə azadlığa çıxan “heykəl məhbusu” B.Məmmədov martın 30-da tutularaq, 30 sutka azadlıqdan məhrum edilib. 2016-cı ildə Bayram Məmmədov və Qiyas İbrahimov mərhum prezident Heydər Əliyevin abidəsinə “Qul bayramınız mübarək” şüarı yazıldıqdan sonra həbs edilib.

Narkotik dövriyyəsi ilə bağlı maddə üzrə ittiham edilən gəncə 10 il həbs cəzası verildi.

Bayram Məmmədov rəsmi ittihamı rədd edirdi.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.