2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmXəbərlər

“Bayram Məmmədova həbsxanada işgəncə verilib”

Dekabrın 15-də vəkil Əsabəli Mustafayev 13 saylı Cəzaçəkmə Müəssəsində gənc fəal Bayram Məmmədovla görüşüb.

Bu barədə onun özü məlumat yayıb.

Vəkil Bayram Məmmədovun 30 sutka cəza alması barədə məlumatı təsdiq edib. Ancaq o vurğulayıb ki, gənc fəal “kars”a (cərimə kamerasına) salınmayıb.

Saytların yığılması Saytlarin yigilmasi

““Kars” konkret cəza otağıdır, beton döşəmə, oturmağa, uzanmağa ixtiyarın yoxdur.

Bu isə ayrıca kameradır. Yatağı, kətili var. Sadəcəo başqa dustaqlardan təcrid edilib. “ Karts” kimi sərt cəza otağı deyil”, vəkil Azadlıq Radiosuna bildirib.

Əsabəli Mustafayev müəssisə rəhbərliyi ilə də görüşdüyünü deyib:

“Onunla görüşdən əvvəl və sonra müəssisənin rəisi ilə də görüşərək bəzi məsələləri müzakirə etdik. Bayram Məmmədovun cəzalanmasınamüəssisənin əməkdaşı ilə yaranmış mübahisəsəbəb olub. Dediyinə görə, bu məsələ şəxsən onun özü ilə bağlıdır, səhhətində də heç bir problem yoxdur. Dostlara salamları var”

Vəkil vurğulayıb ki, Bayram Məmmədovun maraqlarını nəzərə alaraqəlavə məlumat verməyə ehtiyac görmür.

Bayram Məmmədovun atası Fərman Məmmədovisə AzadlıqRadiosu-na dünən avqustun 15-də demişdi ki, mövcud qaydaya görə, həftənin ikinci və cümə günləri oğlu həbsdən onlara zəng edir. Dünən, dekabrın 15-icümə günü olmasına baxmayaraq Bayram Məmmədov evə zəng vurmayıb.

Bir neçə gün öncə NİDA Vətəndaş Hərəkatından Bayram Məmmədovun“kars”asalındığı açıqlanmışdı.

Onlar cəzaçəkmə müəssisəsindən belə məlumat aldıqlarını deyirdilər.

B.Məmmədov 13 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılır.

Hərəkatdan deyiblər ki, Bayram Məmmədov 30 sutkalığa cəzalandırılıb. Onun cəzalanmazdan öncə işgəncəyə məruz qaldığı da iddia edilirdi. Hərəkatdan bildirildiyinə görə, gənc müəssisədə qanunsuzluqların baş verdiyini bildirərək buna etiraz edib və bundan sonra döyülərək cəzalandırılıb.

Bayram Məmmədov

Ancaq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən, habelə 13 saylı Cəzaçəkmə Müəssisəsindən B.Məmmədovun cəzalanıb-cəzalanmadığını dəqiqləşdirmək və işgəncə iddialarına aydınlıq gətirmək mümkün olmamışdı.

Vəklin də bu açıqlmasına, hələlik, Penitensiar Xidmətindən hər hansı münasibət almaq cəhdləri baş tutmayıb.

Bayram Məmmədovun bundan əvvəl də cəzaçəkmə müəssisəsində ayrıseçkilik və işgəncələrə məruz qalması ilə bağlı açıqlamalar səslənib.

Ancaq Penitensiar Xidmət belə açıqlamaları yalanlayaraq cəzaçəkmə müəssisələrində ayrıseçkiliyin olmadığını bəyan edib.

XATIRLATMA

B.Məmmədov digər gənc fəal Q.İbrahimovla birgə ötən il mayın 10-da saxlanıb. Rəsmi qurumlar onları narkotikdə ittiham edib.

Məhkəmə qanunsuz narkotik maddə dövriyyəsi ittihamını təsdiqləyib, onların hər birini 10 il azadlıqdan məhrum edib.

Ancaq gənclər məhkəmədə deyiblər ki, narkotik ittihamını qəbul etmirlər, onlar keçmiş prezident, indiki dövlət başçısı İlham Əliyevin atası Heydər Əliyevin abidəsi üzərinə «Qul bayramınız mübarək!» şüarı yazılmasına görə həbs olunublar.

«Amnesty International» təşkilatı Q.İbrahimov və B.Məmmədovu «vicdan məhbusu» elan edib.

Hakimiyyət təmsilçiləri onların siyasi məhbus olmasını qəbul etmir, konkret cinayətlərə görə, cəzalandırıldığını bəyan edir.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button