2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
CəmiyyətGündəm

“Bayramda anam gözü yaşlı qaldı” VİDEO

Astara rayonu Ərçivan kənd sakini Məmmədov Tofiq Oruc oğlu aylardır üzləşdiyi promlemin həll olunmamasından gileylənir. Onun bildirdiyinə görə qışı qaz olmadan keçirmək məcburiyyətində qalıblar. Səbəb isə qaz məsrəfinə görə borcu ödəyə bilməməkləridir.

İş olmadığından paytaxt küçələrində limon satmaqla ailəsinə çörək qazanmaq istəyib. Amma bu zaman yenə uğursuzluğa düçar olub. Polislər küçə ticarəti ilə məşğul olduğuna görə onu cərimələyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Qaza olan borclarının bağışlanması üçün aidiyyatı qurumlara dəfələrlə müraciət etdiyini bildirən Tofiq Məmmədovu ancaq “söz”lə yola veriblər. Novruz bayramını da evlərinə gedə bilmədiyini bildirən gənc əlacsızlıqdan intihar etmək istədiyini bildirir.

Ailələrinin  7 nəfərdən ibarət olduğunu deyən Tofiq Məmmədov 3 aydır sosial yardımlarını da ala bilmədiyini bildirir. Bayram öncəsi verilən sovqatın vermeşil, “qreçka”, qənd və şəkər tozundan ibarət olmasını da qeyd edir.

Nəhayət, Tofiq Məmmədov Dövlətin dəstəyindən yararlana bilmədiyi üçün xalqa müraciət edərək, düşdüyü vəziyyətdən çıxmaq üçün  ona yardım edilməsini istəyir.

[youtube https://www.youtube.com/watch?v=09nWp6051mg?feature=oembed&w=500&h=281]

azadliq.info

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button