2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Bayramın anası: “İnanırdım Ombudsman aparatına…”

Düşünürdüm, o dərəcədə də olmaz, yəni əgər bunu gözlə görürsənsə, necə danmaq olar?”

“İstəyərdim hamı necə, Bayram da elə olsun. İstəməzdim səsini qaldırsın.”

“Əvvəllər kiminsə uşağının narkotiklə tutulduğunu eşitsəydim, deyərdim, “yəqin, olub ki, tutublar”, ona işgəncə verildiyini desəydilər, inanmazdım, qəribə gələrdi, deyərdim, “belə şey olmaz”. Amma uşağımın başına gələndə bildim ki, hər şey başqaymış. Çox şeylər varmış, uzaq olmuşam…”

Saytların yığılması Saytlarin yigilmasi

Narkotik ittihamı ilə saxlanılan, gənc fəal Bayram Məmmədovun anası Sevinc Məmmədova belə deyir. Birdən ümidlə danışır, “ona qıymazlar” deyir, birdən də ümidini itirdiyini…

Bayramın anası Sevinc Məmmədova: “İnanırdım ombudsman aparatına…”

Həlimdir, sevgi doludur, narahatdı, yeri gələndə qətiyyətlidir, mətanətlidir, yeri gələndə dözümsüzdür – bütün analar kimi. Dalğındır, səksəkə içindədir – balası darda olan analar kimi.

– Bayramı hələ görməmişəm. Görmək üçün ürəyim gedir, heç olmasa, 10 dəqiqə görüm onu. Ancaq icazə yoxdur. Birinci məhkəmədə atası da, əmisi də getmişdi. Dedilər ki, “mümkün deyil”, onları yaxına da buraxmayıblar… Ona verilən işgəncələrə, sağlamlığına görə daha çox narahatam. Bilmək istəyirəm vəziyyəti necədir. Başqa heç nə istəmirəm. Dünən Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət etdim. Ona insanlığa uyğun gəlməyən işgəncələr verildiyini bildirdim. Qeydiyyata götürdülər, ancaq bu haqda məlumatlı olduqlarını da dedilər. Çox narahatam. Bilmirəm neyləyim ondan ötrü. Ürəyim partlayır. Dünən Bayramla telefonla danışanda da dedim ki, “bilmirəm neyləyim”. Vəziyyətindən xəbərim yoxdur. Bəlkə qolu, ciyəri şişib, bəlkə… Onun hansı işgəncələrlə üzləşdiyini biləndən sonra başına gələcəkləri anlayıram. Əgər onu o hündürlükdən yerə çırpıblarsa, döyüblərsə, aydın məsələdir ki, buna bədən dözməz.

– Dediniz ki, Bayramla telefonla danışmısız. Özü nə dedi sizə?

– Onun səsini eşidəndə haya-küyə düşürəm, bilmirəm neyləyim, nə deyim, özüm də təlaş içində qalıram. Ümumilikdə, deyim ki, ağladı-sızladı, harasınınsa ağrıdığını söylədi, yox. Ancaq o ağrısa da mənə bildirməyəcək, səsinin tonu ilə belə ağrısını büruzə verməz.

azadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button