2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏSiyasət

Bayramov və Lavrov Ukraynadan danışıblar

Azərbaycan Xarici işlər Nazirliyinin məlumatına görə, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb
Bu gün, martın 10-da Antalya Diplomatiya Forumunda iştirak çərçivəsində Azərbaycan və Rusiya xarici işlər nazirləri Ceyhun Bayramov və Sergey Lavrov arasında görüş keçirilb.
Azərbaycan Xarici işlər Nazirliyinin məlumatına görə, görüş zamanı ikitərəfli gündəliyin aktual məsələləri üzrə müzakirələr aparılıb:
“Tərəflər, Ukraynada mövcud olan vəziyyət, Rusiya və Ukrayna arasında aparılan danışıqlar, məsələnin həlli yolları ətrafında fikir mübadiləsi aparıb”.
Xəbər verildiyinə görə, nazirlər regionda mövcud olan cari vəziyyət, üçtərəfli bəyanatların icrası, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün imkanların yaranması, kommunikasiya və nəqliyyat xətlərinin açılması, sərhədlərin delimitasiya prosesinə dair məsələlər ətrafında da müzakirələr aparıblar:
“Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.”
Antalya Diplomatiya Forumu martın 11-dən 13-nə kimi Türkiyədə keçiriləcək.
Artıq bu forumla bağlı dünyanın bir sıra rəsmiləri Antaliyada toplaşıblar.
Bu gün, martın 10-da Türkiyənin vasitəçiliyi ilə Ukrayna və Rusiya xarici işlər nazirləri arasında da görüş olub.Ancaq tərəflərin atəşkəslə bağlı razılıq əldə etmədikləri açıqlanıb.
Xatırlatma
Bu il fevralın 24-də Rusiya Ukraynaya yeni hücuma başlayıb. Altı il əvvəl isə Ukraynanın bir hissəsini-Krımı ilhaq etmişdi. Onda Rusiyaya sanksiyalar tətbiq edilməyə başlanmışdı.
Yeni müharibədən sonra isə Qərb və dünyanın bir sıra ölkələri Rusiyaya sanksiyaları genişləndirib. Azərbaycan sanksiyalara qoşulmur.
2020-ci ildə isə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.
Həmin ilin 10 noyabr bəyanatına (Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanıb) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağda Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.
Ötən il isə regionda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı tərəflər daha iki bəyanat imzalayıblar.
Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. Daha sonra Ermənistan və Azərbaycan arasında silahlı toqquşmalar baş verib.
1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

24 saat” “
Bayramov və Lavrov Ukraynadan danışıblar
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button