Xəbərlər

Bazar ertəsi hava soyuyacaq

Loading...

Bakı/15.10.21 Ekologiya Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, oktyabrın 18-də Azərbaycan ərazisində hava şəraitinin pisləşəcəyi, temperaturun aşağı düşəcəyi və yağıntı olacağı gözlənilir.

Belə ki, 18-21 oktyabr tarixlərində Bakıda və Abşeronda yağış yağacaq. Ayın 20-də şimal-qərb küləyinin gücü saniyədə 20-23 metrə çatacaq. Havanın temperaturu 3-6 dərəcə aşağı düşəcək.

Ölkənin rayonlarında da qeyd edilən dövrdə bənzər hava şəraiti gözlənilir. Bəzi yerlərdə leysan yağacağı, şimşək çaxacağı, dağlara qar yağacağı gözlənilir. Qərb küləyinin gücü vaxtaşırı saniyədə 20-25 metrə çatacaq. Dağ çaylarında sel gözlənilir. Havanın temperaturu 4-7 dərəcə aşağı düşəcək. -02D-

 

Turan

“24 saat”

Bənzər məqalələr

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button