Dünya
Bazarda danışdığı qadının iqtisadiyyat şərhi İmamoğlunu təəccübləndirib

İBB prezidenti Əkrəm İmamoğlunu bazarda qarşısında görən qadın artan qiymətlərlə bağlı diqqətçəkən açıqlamalar verib. Yüksək məhsul qiymətlərində İmamoğlunu günahlandıran qadın, “Allah hökuməti üzərimizdə saxlasın” dedi. Bu sözlərə təəccübləndiyi müşahidə edilən İmamoğlu “İqtisadiyyatı mən idarə etmirəm, hökumət idarə edir” deməklə kifayətlənib.