2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
iqtisadiyyatİqtisadiyyat

Bazarda qiymətlər at belində – Ərzaq böhranından xilas yolu varmı?

“Rəsmi statistikaya əsasən cari ilin ilk 7 ayın nəticələrinə əsasən keçən illə müqayisədə ərzaq məhsullarının qiyməti ortalama olaraq 5,1 faiz həcmində artıb. Buna paralel olaraq tütün məhsullarının qiyməti də təqribi olaraq 6 faiz həcmində artıb. Bu proseslər bütovlükdə ölkə üzrə inflyasiya səviyyəsinə ciddi şəkildə təsir edib”.

Bunu açıqlamasında iqtisad elmləri üzrə fəlsəfə doktoru Elmir Səfərli deyib.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, bahalaşmanın qarşısını almaq üçün daxildə istehsal olunan ərzaq məhsullarının qiymətinin tənzimlənməsi üçün müəyyən təşviqat layihələri həyata keçirilməlidir:

“Ərzaq məhsullarının qiymətinin artması bir çox səbəblərdən baş verə bilər. Birinci olaraq vurğulamaq lazımdır ki, dünya səviyyəsində qlobal ərzaq məhsulları ticarətində son 7 ilin ən yüksək qiymətləri müşahidə olunmaqdadır. Hətta bunu BMT-nin Qida və Kənd Təsərrüfatı Təşkilatı öz hesabatında qeyd edir. Bu baxımdan idxala bağlı olan ölkələr, dünyanın müxtəlif ölkələrində istehsal olunan ərzaq məhsullarının qiymətinin qalxmağından mütləq olaraq təsirlənəcək. Eləcə də, Azərbaycanda ərzaq məhsullarının son 7 ayda durmadan artmağı birbaşa olaraq idxal qiymətləri ilə əlaqələndirilə bilər.

İkinci olaraq, son iki ildə dünyada tüğyan edən pandemiya şərtlərindən asılı olaraq ərzaq məhsullarının ümumi kütlə istehsalında azalma görülməkdədir. Bu isə öz növbəsində məhsulun qiymətinə təsir etməkdədir.

Üçüncüsü isə, istər daxili istehsal olunan məhsulların, istərsə də, idxal olunan məhsulların maya dəyərini formalaşdıran faktorlar əsas alınmalıdır. Bu konteksdə yanacağın qiymətinin son 1 ildə artması birbaşa olaraq məhsulların qiymətlərinin maya dəyərinin artmasına səbəb olacaqdır.

Təbii ki, ərzaq məhsullarının qiymətini süni şəkildə artıran sahibkarlar da mövcuddur. Bu baxımdan, dövlət qurumları birmənalı olaraq ərzağın qiymətinin optimallaşdırıması istiqamətində nəzarətedici fəaliyyətlər həyata keçirməlidir. Buna paralel olaraq daxildə istehsal olunan ərzaq məhsullarının qiymətinin tənzimlənməsi üçün müəyyən təşviqat layihələrinin olması məqsədəuyğun hesab edilir”. (milli.az)

“24 saat “Bazarda qiymətlər at belində – Ərzaq böhranından xilas yolu varmı?” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

son xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button