2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Bazardakı dərmanlara etibar etmək olar?

Eyyub Hüseynov: “Bizə hər gün şikayətlər gəlir”

Səhiyyə nazirinin müavini Elsevər Ağayev Azərbaycana gətirilən bütün dərmanların keyfiyyətinə Səhiyyə Nazirliyinin nəzarət etdiyini deyib. O, bəzi millət vəkillərinin Çin istehsalı olan dərmanların ölkəyə Avropa istehsalı adı altında gətirilməsi barədəki fikirlərinə münasibət bildirib (APA).
Nazir müavini deyib ki, nazirliyin analitik ekspertiza mərkəzində dərmanların hər seriyası yoxlandıqdan sonra onların idxalına icazə verilir:
“Dünyanın qəbul etdiyi qaydalar var ki, hər hansı istehsalçı öz məhsulunu Çində və ya başqa bir ölkədə istehsal edə bilər. Hətta Avropanın aparıcı şirkəti ucuz işçi qüvvəsinə görə hansısa dərmanın istehsalını Çində, Cənubi Koreyada və başqa ölkələrdə qura bilər. Əgər bunun üçün rəsmi lisenziyası varsa, onların Azərbaycana idxalına icazə verilir”.
E.Ağayev Çindən gətirilən həmin dərmanların keyfiyyəti barədə də danışıb. Onun fikrincə, ümumiyyətlə, Azərbaycana gətirilən dərmanlar sırf Çin istehsalı deyil: “Əksər Avropa şirkətləri Çin xammalından istifadə edirlər. Dünyanın dərman bazarında xammalın əsas mənbəyi Çində istehsal edilir”.
İstehlakçıların hüquqlarının müdafiəçisi Eyyub Hüseynov isə dərmanlarla bağlı hər gün şikayətlər aldığını deyir. Azad İstehlakçılar Birliyinin sədri insanların Azərbaycan daxilində və xaricində aldıqları eyni dərmanların fərqli təsiri olduğunu söyləyir:
“İstehlakçılar deyir ki, xaricdən və burda aldıqları eyni dərmanın biri təsirli, digərisə təsirsizdir. Eyni dərmana lazım olan molekul qarışdırılmır. Bazarda belə dərmanlar mövcuddur. Ucuz başa gəlsin deyə, belə anormallıqlara yol verilir. Bioloji aktiv əlavələr var ki, həmin qida əlavələri bazara dərman adıyla gətirilir. Səhiyyə Nazirliyi nəzarət mexanizmini möhkəmlətsə də, bazardakı problemlərin qarşısını tamamilə almaq mümkün deyil. Dərmanlara lazım olan mikroqramlar həddində vurulmalıdır. Lakin bunu etmirlər. Onun tərkibini heç ekspertiza da müəyyən edə bilmir. Bütün bunların hamısı qiymətin ucuz olmasına görədir . Zərər görən isə insanlardır”.

Saytların yığılması Saytlarin yigilmasi

Nigar

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button