2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

”Bazarlarda balığın dərisindən hazırlanan süni kürü var”

‘Eyyub Hüseynov: “Süni kürü əslindən qat-qat ucuzdur və…”

“Bazarlardakı süni kürü tək yerli istehlakçıların yox, turistlərin də diqqətini çəkir. Piştaxtalarda balığın dərisi və digər lazım olmayan inqridentlərdən hazırlanan süni kürü var. Turistlər alıb “kürü dövləti”nin paytaxtı Bakıdan aparır, yerli vətəndaşlar isə onu toy masalarının üzərinə qoyurlar”.

Saytların yığılması Saytlarin yigilmasi

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Turan” İA-nə müsahibəsində belə deyib.

O, təmsil etdiyi birliyin bu sahədə bir şeyə nail ola bildiyini söyləyib:

“Həmin surroqat istehsalçılarını qutunun üzərindən ağbalığın təsvirini silməyə məcbur etdik. Həştərxandan bizə süni kürü gətirirlər, lakin biz həştərxanlılara təsir etmək iqtidarında deyili. Heç kim ölkə daxilində yerli saxta mal istehsalçılarını dayandırmağa qadir deyil. Süni kürü əsil kürüdən qat-qat ucuzdur və onu qabına görə fərqləndirmək olar. Adətən, istehsalçı çalışır ki, kürünün süni olduğunu göstərməsin, amma şüşə banka üzərindəki yazıları diqqətlə oxuduqda, bu barədə göstərişləri mütləq tapmaq olar”.

“Filtrsiz siqaret istehsalı qadağan olsa da, Şəkidə istehsal olunur”

Eyyub Hüseynov Şəki rayonunda keyfiyyətsiz tütündən qanunsuz siqaret (“Şəki”, “Piramida”, “Azəri”) istehsal olunduğunu iddia da edir. Deyir, Bunlar keyfiyyətsiz, ucuz və yoxsul əhali arasında geniş yayılan siqaretlərdir:

“Xaricdə laboratoriya tədqiqatları apardıq və aşkar etdik ki, bu məhsullarda 67 faiz təhlükəli tərkib hissələri var. Azərbaycanda 2001-ci ildən filtrsiz siqaret istehsalı qadağan olub, amma Şəkidəki “Azəri” korporasiyası Səhiyyə Nazirliyinin icazə sənədinə əsaslanaraq qanunu pozur, filtri olmayan siqaret buraxır. Belə siqaretlər ucuz olur. Vətəndaşlar bizə bildirirlər ki, bu siqaretləri məktəblilər valideynlərinin onlara səhər yeməyi almaq üçün verdikləri 50 qəpiyə alırlar. Müvafiq rəsmi orqanlara müraciət etdik. Sənaye Nazirliyi Antiinhisar Komitəsinin İstehlakçıların Hüquqlarının Qorunması üzrə Dövlət Xidmətinin rəis müavini İlqar Sadığov bizə yazılı surətdə bildirdi ki, bu siqaretlərin istehsalı qanunsuzdur. Amma indi də qadağan olunmuş həmin məhsullar Bakıda satılır, valideynlər isə belə siqaretlərin məktəblərin yaxınlığında satıldığından şikayət edirlər”.

“Əhali dərmanları ərzaq məhsulları kimi alır”

Birlik sədrinin sözlərinə görə, dövlətin təhlükəli məhsulların istehsalı və satışına qarşı mübarizədə rolu sıfra bərabərdir. O deyir ki, belə olmasaydı prezident fevralda 2017-ci ildə “Qida Təhlükəsizliyi Agentliyi”nin yaradılması haqqında fərman imzalamazdı:

“Baş nazirin müavini Əli Əhmədovun rəhbərliyi altında belə bir təşkilatın yaradılması üzrə iş aparılır. Mən onunla görüşməyə cəhd göstərdim. Məni Nazirlər Kabinetində qəbul etdilər və mən onların bazarın surroqatlardan qorunmasının necə təşkil etmək lazım olduğunu bilmədiklərinə əmin oldum. Burdan bəyan edirəm: əgər onlar yeni təşkilat üçün işçiləri öz qohumları arasından seçəcəklərsə, əgər ictimai nəzarət təmin edilməyəcəksə, fərmandan heç bir fayda gözləmək lazım deyil. Qida məhsulları bazarında yaranmış vəziyyəti anlamaq üçün apteklərdə insanların durduğu uzun növbələrə baxmaq kifayətdir. Əhali dərmanları ərzaq məhsulları kimi alır. Fəqət, hələ Hippokrat deyirdi ki, biz nə yeyiriksə, elə ondan da ibarətik”.

“Parlamentdə tütün istehsalçıları lobbiçilərinin varlığı hiss olunur”
Eyyub Hüseynov deyir ki, o, Azərbaycanda hazırlanmış süd məmulatlarının üzərində “Südün miqdarı 6 faiz” yazılmış qutulara rast gəlib:

“Bəs onda qalan 94 faiz necə oldu? Xarici mallar xüsusilə təhlükəlidir. Dünən Beynəlxalq İstehlak Məhsulları Sərgisində idim. Göygöl (Azərbaycan), Gürcüstan və Belarus istehsalçıları ilə spirtli içkilərin müzakirəsi əsnasında mübahisə etdim. Şüşələrin üzərində məhsulun hazırlanma tarixi var, amma istifadə olunmasının son tarixi yoxdur. Bu necə ola bilər? Mənə deyirlər ki, spirtli içkilər müddətsizdir. Belə şey ola bilməz, insanın istehsal etdiyi hər bir şeyin son köhnəlik müddəti var. Sonra irəli keçdim və sevinclə üzərində son istifadə müddəti göstərilmiş bizim “AZ-GRANATA” şirkətinin istehsal etdiyi içkiləri gördüm. Bütün ərzaq bazarında bu paradoksa rast gəlmək olar: bəzi istehsalçılar məhsulun son istifadə müddətini göstərir, digərləri bu məlumatı verməkdən çəkinirlər. Həmin müddəti niyə bildirmirlər? Dərmanlar da daxil olmaqla, bazarın bütün seqmentlərində eyni vəziyyət hökm sürür. Milli Məclisin komitəsində çıxış edərkən, mən tütün məhsulları istehsalçılarını tütün məmulatlarının istifadə müddətini göstərməyə məcbur etməyə çağırdım. Parlamentdə tütün istehsalçıları lobbiçilərinin varlığı hiss olunur. Biz tütün məhsullarının üzərində onlardan istifadə müddətinin yazılmasını tələb edirik”.

“Azərbaycanda eşşək ətinin təxmini dəyəri də göstərilib”

Eyyub Hüseynov uzunqulaq ətindən hazırlanan dönərlərlə bağlı da fikir bildirib. Deyir, bu problemin aradan qaldırılması istiqamətində heç nə edilmir:

“Kənd Təsərrüfatı Nazirliyinin İdarə müdiri çıxışında bildirib ki, istənilən əti satmaq olar, istər eşşək, istərsə də it əti olsun, amma məhsulun üzərində onun mənşəyinin göstərilməsi şərti ilə. Hətta Azərbaycanda eşşək ətinin təxmini dəyəri də göstərilib. İstehlakçıların 100 manata qədər məbləğdə aldadılması inzibati qaydada cəzalandırılır, onlara 100 manatdan çox zərər vurularsa, cinayət cəzası tətbiq edilir. Yəni cüzi məbləğdə aldatmaq və canını cərimə ilə qurtarmaq olar. Azərbaycanda “qadağan edilməmiş hər şeyə icazə verilir” prinsipi işləyir. Biz bunu düzgün hesab etmirik. Xalqa çirkli məhsulları yedirtmək olmaz, eşşək əti isə murdar, çirkli məhsullara aiddir. Murdar ət hətta xəstəxanalara, uşaq bağçalarına yol tapa bilər. Buna heç nə mane olmayacaq”.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button