Now Reading:
Bazarlarda soğanın qiyməti kəskin artıb

Bazarlarda soğanın qiyməti kəskin artıb

Vahid Məhərrəmli: ”Qiymət artımı sahibkarların Rusiya və Türkiyəyə soğan ixrac etməsi ilə bağlı oldu”

Azərbaycanda bir həftə ərzində bazarlarda soğanın qiyməti 70 qəpikdən 1manat 50 qəpiyə qədər artıb.

Qiymətin gözlənilmədən artması ilə bağlı sahibkarlar müxtəlif səbəblər göstərsələr də, mütəxəssislər əsas səbəbin Azərbaycanda soğanın kifayət qədər istehsal olunmaması, istehsal olunan məhsulun bir hissəsinin də ixrac edilməsi ilə izah edirlər.

Meydan TV-yə danışan aqrar sahə üzrə ekspert Vahid Məhərrəmlinin sözlərinə görə, Azərbaycanda il ərzində soğan istehlakı 160-180 min ton civarındadır.

“Son zamanlar istehsal müəyyən qədər artıb. Ancaq bunun 25 faizi ixrac olunur. Məsələ ondadır ki, Rusiya və Türkiyədə soğanın qiymətinin sürətlə artması sahibkarları məhsulun bir hissəsini həmin ölkələrə ixrac etməyə məcbur etdi. Nəticədə daxili bazarda məhsul qıtlığı yarandı və qiymət artdı”.

Vahid Məhərrəmli

Vahid MəhərrəmliM

Onun sözlərinə görə, hökumət Azərbaycanın kənd təsərrüfatı və ərzaq məhsullarına ehtiyacını tam ödənməsinə çalışmalıdır.

“Əvvəllər Özbəkistandan ucuz soğan idxal olunurdu, indi görünür, qısa müddətdə idxalı gerçəkləşdirmək mümkün olmayıb”.

Ekspert bildirib ki, yaxın 10-15 gündə mövsümü bahalaşma olacaq.

“Bu müddət bitəndən sonra qiymətlər nisbətən enəcək”.

“Report”un xəbərinə görə, Kənd Təsərrüfatı Nazirliyindən bildirilib ki, soğanın bahalaşması bu məhsulun Türkiyəyə ixracının kəskin artması və bunun yaratdığı ajiotajla bağlıdır.

“Təkcə bu ilin yanvar-fevral aylarında Azərbaycan ötən ilin eyni dövrü ilə müqayisədə 2-3 dəfə çox – 7 min tondan çox soğan ixrac edib ki, bunun da, təxminən, 6 min tonu Türkiyəyə göndərilib. Bununla belə, daxili bazarda soğanın bahalaşması üçün ciddi səbəb yoxdur. Çünki ixraca yönəlmiş soğan ölkədə istehsal olunan məhsulun kiçik hissəsidir. Sadəcə, müəyyən qədər ajiotaj var və bu, yerli istehsalçıları qiymətləri artırmağa sövq edib. Yəqin ki, yaxın günlərdə qiymətlər əvvəlki həddə, yəni hər kq üçün 60-70 qəpiyə düşəcək”, – deyə nazirlikdən bəyan ediblər.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin

Input your search keywords and press Enter.