Dünya

BBC Makeyevkada öldürülən 92 hərbçinin siyahısını yayıb

BBC-nin rus xidməti Yeni il gecəsi Ukraynanın Donetsk vilayətinin ilhaq olunmuş Makeyevka şəhərinə raket zərbəsində öldürülən 92 rusiyalı hərbçinin ad və fotolarını yayıb.

Həmin gecə Ukrayna Silahlı Qüvvələri 19 saylı texniki-peşə məktəbinə raket zərbəsi endirib.

Öldürülən hərbçilərin adları Rusiya tərəfinin təqdim etdiyi açıq məlumatlar əsasında müəyyənləşdirilib.

“Azı 16 nəfərin ailələri onları nə ölənlərin, nə də sağ qalanların arasında tapa biliblər”, – BBC yazır.

Ölənlərin çoxu Samara vilayətindən səfərbərliyə cəlb edilənlərdir. Qohumları danışıblar ki, çoxuna sentyabrın sonunda çağırış vərəqəsi gəlib, daha sonra iki aya yaxın regionun hərbi hissələrində hazırlıq keçiblər. Onlar dekabrın 26-da tanınmamış “Donetsk Xalq Respublikası” ərazisində yerləşən Makeyevkaya gediblər.

BBC-nin rus xidməti hücum vaxtı Makeyevkada olmuş 15 hərbçinin şəxsiyyətini müəyyənləşdirib. Yanvarın 1-dən sonra qohumları onları tapa bilmirlər. Bəzi ailələrdən DNT analizi götürülsə də, araşdırmaların nəticəsi haqda bilgi verilməyib.

Açıqlanan siyahı “Idel.Реалии” layihəsinin müəyyənləşdirdiyi siyahı ilə əsasən üst-üstə düşür. Həmin siyahıda 83 soyad göstərilib.

Samara regionu Makeyevkada ölən və yaralananların siyahısını dərc etməyib, bu informasiyanın xarici kəşfiyyat tərəfindən istifadə oluna biləcəyi deyilib.

Makeyevkada peşə məktəbinə raket zərbəsi yanvarın 1-də gecə endirilib. Yanvarın 4-də Müdafiə Nazirliyi ölən hərbçilərin sayının 89-a çatdığını açıqlayıb. Kremlyönlü kanallar “yüzlərlə ölən” olduğunu bildiriblər. Ukrayna ordusu isə 400 nəfərin öldürüldüyünü, 300 nəfərin yaralandığını iddia edib.

Samaradan səfərbərliyə cəlb olunanlar şikayətlənirlər ki, yaxınları haqda məlumatları yoxdur. Yanvarın 9-dək 50 minəcən insan sağ qalanların siyahısının dərc olunması tələbiylə onlayn petisiyanı imzalayıb.

24 saat” “
BBC Makeyevkada öldürülən 92 hərbçinin siyahısını yayıb
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  ABŞ bəzi Çin şirkətlərinin Rusiyanın Ukrayna səylərinə kömək etdiyini görür -mənbə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button