2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
24 saat

BBC Türkcə: “Qarabağ” Ermənistanın işğal etdiyi rayonu təmsil edir”

BBC Türkcə futbol üzrə Çempionlar Liqasının (ÇL) qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu “Qarabağ”la bağlı məqalə dərc edib.
“Çempionlar Liqasında qrup mərhələsinə yüksələn ilk Azərbaycan klubu” başlıqlı yazıda Ağdam təmsilçisinin Ermənistan tərəfindən işğal olunan Dağlıq Qarabağı təmsil etdiyi vurğulanıb. Eyni zamanda komandanın 2013/2014 mövsümündə 21 illik aradan sonra Azərbaycan çempionluğu əldə edərək, Bakı klublarının hegemonluğuna son qoyduğu qeyd olunub: “Ermənistan 1993-cü ildə Dağlıq Qarabağı işğal etdiyi üçün “Qarabağ” ev oyunlarını Bakıda keçirir. 23 iyul 1951-ci ildə Azərbaycanın Qarabağ bölgəsindəki Ağdam şəhərində təsis edilən və “Qarabağ” (Ağdam) adlanan klub ilk dəfə SSRİ dönəmində – 1966-cı ildə Azərbaycan çempionatında çıxış edib. Komanda 1968 – 1976-cı illərdə maddi problemlərə görə yarışdan çəklib və 1977-ci ildə “Şəfəq” adı ilə yenidən daxili yarışlarda iştirak edib. 1988-ci ildə ilk dəfə ölkə çempionu olub. SSRİ-nin dağılmasında sonra ilk milli çempionat 1992-ci ildə təşkil olunub. “Qarabağ” növbəti il Azərbaycan çempionu olmaqla yanaşı, ölkə kubokunu qazanıb. Lakin müharibə həm klubun, həm də Ağdam əhalisinin xoşbəxtliyini kölgədə qoydu.1993-cü idə Ermənistanın Dağlıq Qarabağı işğal etdiyi dönəmdə komandanın ev oyunlarını keçirdiyi “İmarət” stadionu bombalanaraq, yarasız vəziyyətə salındı. Stadionsuz qalan klub eyni zamanda bütün qaynaqlarını da itirdi və Bakıya köçmək məcburiyyətində qaldı”.
Məqalədə “Qarabağ”ın 2017/2018 mövsümündə ÇL-in qrup mərhələsində çıxış edəcək ən aşağı büdcəyə malik klub olduğu vurğulanıb: “İspaniyadan 2, Bosniya və Hersoqovina, Haiti, Braziliya, Makedoniya, Ukrayna və Cənubi Afrika Respublikasından bir oyunçusu olan “Qarabağ” 12 milyon 28 min avroluq heyətlə ÇL-də qruplara qalan 32 kollektiv arasında ən aşağı büdcəli klub olacaq”.
Qeyd edək ki, “Qarabağ” son üç mövsümdə Avropa Liqasının qrup mərhələsində çıxış edib.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button