2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

BDU-nun professorunun evindən oğurluq edən 5 uşaq anasına hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Report”un xəbərinə görə, hakim Faiq Qəniyevin sədrliyi ilə iclasda elan edilib ki, M.Quliyeva 5-ci dəfə ana olub.

Hakim qeyd edib ki, M.Quliyeva 2017-ci il dekanrın 30-da 5-ci övladını dünyaya gətirib: “Bu səbəbə görə də məhkəmə iclası uzanıb”.

Saytların yığılması Saytlarin yigilmasi

M.Quliyevaya son sözündə əməlindən peşman olduğunu və bağışlanmasını istəyib: “Oğurladığımı qaytarmışam. Əməlimdən də peşmanam. Xahiş edirəm ki, məni bağışlayın”.

Məhkəmə heyəti müşavirə otağına yollanıb. Müşavirədən qayıdan hakimlər kollegiyası hökmü elan edib.

Məhkəmənin hökmü ilə M.Quliyeva 4 il müddətinə azadlıqdan məhrum edilib. Cinayət Məcəlləsinin 79-cu maddəsi nəzərə alınaraq, qadının təzə doğulmuş körpəsi 14 yaşına çatana qədər hökmün icrası təxirə salınıb.

Qeyd edək ki, M.Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. İttiham aktəna əsasən, o, qulluqçu işlədiyi mənzildən oğurluq etməkdə ittiham olunub. O, 5 uşaq anasıdır.

Məhkəmə müddətində o, ittihamda qeyd edilənlərlə razılaşmadığını söyləyib. İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini söyləyir. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.

Xatırladaq ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button