Now Reading:
BDU-nun tələbəsi qəzada öldü

Fevraın 18-də Salyan rayonunda baş verən qəzada ölənlərdən biri Bakı Dövət Universitüetinin tələbəsidir. 24saat.org xəbər verir ki, bu barədə BDU-nun Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu məlumat verib. O bildirib ki, yol-nəqliyyat hadisəsində faciəli şəkildə həlak olan gənc – Asif Qardaşov birinci kurs tələbəsi idi.

Qeyd edək ki, 2 nəfərin ölümü, 2 nəfərin isə yaralanması ilə nəticələnən ağır yol qəzası baş Ələt-Astara magistral yolunun Salyan rayonu Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib. Qəza zamanı mikroavtobusda olan Masallı rayon sakini Qardaşov Asif Vaqif oğlu və 2001-ci il təvəllüdlü Musayeva Şəbnəm Seydulla qızı dünyasını dəyişib. Digər iki sərnişin – Amin Ağarəhimov və Gülzar Nurəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

24saat.org

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.