Now Reading:
BDYPİ-dən özünü yandıran sürücü ilə bağlı AÇIQLAMA

Kamran Əliyev: “YPX inspektoru öz vəzifəsini icra edib”

“Sürücü məsuliyyətdən yayınmaq üçün heç bir sənəd təqdim etməyərək, üzərinə tökərək özünü yandırıb. Yol Patrul Xidmətinin əməkdaşları alovu söndürüb, sürücünü xəstəxanaya çatdırlıblar”. Bunu Baş Dövlət Yol Polisinin mətbuat xidmətinin rəhbəri Kamran Əliyev deyib.Ağdaş rayonunda sürücünün yol polisi əməkdaşları ilə mübahisə nəticəsində özünə od vurması ilə bağlı Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirib ki, polkovnik bildirib ki, yol patrul xidmətinin inspektoru da öz vəzifəsini icra edib. “DYP əməkdaşı hər hansı qayda pozunutusunu görürsə, ona biganə qala bilməz və hüquq-mühafizə orqanlarının əməkdaşı qaydanı pozan insanın hansı addım atacağını əvvəlcədən proqnozlaşdıra bilməz. 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu idarə etdiyi 10 LS 956 dövlət nömrə nişanlı, “VAZ 2105” markalı minik avtomobili dövlət qeydiyyat nişanları yaxşı görünmədiyinə görə saxlanılan zaman məlum olub ki, H.Söhbətovun sürücülük hüququ məhkəmə qərarı ilə məhdudlaşdırılıb və nəqliyyat vasitəsinin üzərinə həbs qoyulub. Avtomobilin saxlanması ilə bağlı hər hansı qərar varsa, onu kimin idarə etməsinə baxmayaraq, həmin nəqliyyat vasitəsi saxlanılıb duracağa yerləşdirilməlidir. Polis əməkdaşları da heç bir qanunsuz hərəkətə yol vermədən vəzifələrini icra edən zaman sürücü avtomobilin baqaj hissəsindən benzin dolu şüşəni götürüb, üzərinə tökərək özünü yandırıb. Həmin şəxsin belə bir addım atması onun psixoloji problemləri ilə bağlıdır. Söhbətov Həsənağa narkotik maddələrdən istifadə etdiyinə görə əvvəllər iki dəfə məhkumluq həyatı yaşayıb” – deyə K.Əliyev bildirib.

Hadisə dünən Ağdaş rayonunda baş verib. Rayonda Heydər Əliyev prospektində yerləşən bazarın qarşısında Xosrov kənd sakini, 1983-cü il təvəllüdlü Söhbətov Həsənağa Böyükağa oğlu ilə Ağdaş rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin əməkdaşları arasında mübahisə yaranıb. Onu polis şöbəsinə aparmalarına etirz olaraq üzərinə benzin tölərək özünü yandırıb. Baş, üz və əlləri yanan sürücü yaxınlıqdakı insanların və polis əməkdaşlarının köməkliyi ilə xəstəxanaya aparılıb.Onun həyatı üçün təhlükə olmasa da, üz nahiyəsi və bədəninin 20 faizdən çoxu ağır dərəcədə yanıb.

SİZ DƏ FİKRİNİZİ YAZIN

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

24saat.org@gmail.com
Çəkdiyiniz videoları bu ünvana yollamaqla bizimlə əməkdaşlıq edə bilərsiniz! Telefon - 055 239-48-36
Input your search keywords and press Enter.