2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Belə adamlara artıq siyasi məhbus yox, siyasiləşdirilmiş məhbus deyirlər

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov “Amerikanın səsi” radiosunun Azərbaycan xidmətinə müsahibəsində gözlənilən amnistiya aktı və əfvdən danışıb.

Siz amnistiya aktı haqqında qanunun qəbul edilməsi təşəbbüsü ilə çıxış etmisiniz. Amnistiya aktı kimlərə aid edilə bilər?

Qanunvericiliyə uyğun olaraq hər bir deputat qanunvericilik təşəbbüsü ilə çıxış edə və amnistiya aktı təqdim edə bilər. İndi cümhuriyyətin yüzilliyinin olduğuna, cənab prezidentin cümhuriyyətə çox yaxından diqqət göstərdiyinə görə və onun yüzilliyinin keçirilməsi ilə bağlı geniş fərman imzaladığına görə mən parlamentdə məsələ qaldırdım ki, biz hamımız cənab prezidentdən xahiş edək ki, o, özü parlamentə belə bir qanun layihəsi təqdim etsin. Burada da söhbət ondan gedir ki, bu amnistiya aktı digərlərindən fərqlənsin. Fərqlənməsi ilə bağlı iki səbəb göstərmişik. Birinci səbəb cümhuriyyətin 100 illiyi, ikinci səbəb ümummilli liderin anadan olmasının 95 illiyi ərəfəsidir. Amnistiya maddələrə (Cinayət və İnzibati Xətalar Məcəlləsinin maddələri nəzərdə tutulur-red.) əsaslanaraq edilir, lakin amnistiya aktının preambulasında müddəalar və prinsiplər göstəriləndə o adamlar avtomatik olaraq amnistiyaya düşə bilirlər. Azərbaycanın müstəqilliyinin 27-ci ildönümüdür. Müstəqillik, ərazi bütövlüyü uğrunda vuruşmuş insanlar sonradan hansı cinayət törətməsinə baxmayaraq (ehtiyatsızlıqdan, qəsdən, başqalarının təhriki ilə cinayət edənlər var) amnistiya düşməlidir. Qadınlar var ki yaşı 60-ı keçib, himayəsində azyaşlı uşaqlar var, həmçinin məsuliyyətə cəlb olunandan sonra dünyaya uşaq gətirib (sayı da az deyi, 12-15 nəfər belə insan var). Düzdür, həbsxanada bunlar üçün şərait yaradılıb, ayrıca yaşayırlar, bağçaları var, amma bununla yanaşı o uşağın günahı nədir? Hər hansı bir cinayət törətmədən doğulandan məhbus həyatı yaşayır. Bu cür insanların amnistiyaya düşməsi vacibdir. Gender bərabərliyi deyirlər, 70 və yuxarı yaşda olan kişilərin də hansı cinayət törətməsindən asılı olmayaraq amnistiya aktının şamil olunması mümkündür. Azərbaycanda dini qruplaşmalara qoşulanlar var, onları çıxmaq şərti ilə, düzdür, onları yoldan çıxarıblar. Cihad etmək istəyənlər gedib Dağlıq Qarabağda cihad eləsin və yaxud gedib Azərbaycanın ərazisini işğal edənlərə, Xocalı soyqırımını törədənlərə qarşı mübarizə aparsın. Lakin görürsən ki, bəzi insanlar din pərdəsi altında gedib xarici ölkələrdə döyüşlərə qoşulurlar. Bu insanları çıxmaq şərti ilə, din pərdəsi altında olan müxtəlif cərəyanları, təxribatşı qrupları da ora daxil etmirəm. Amma elə mömin insanlar var ki, ehtiyatsızlıqdan avtomobildə qəza törədib və yaxud da naşılığından istifadə olunub, hansısa bir sənədə qol çəkib. Bu cür inanclı insanlara da tətbiq olunması pis olmaz. Gənclər var ki öyrədiblər, gəncdir, beynini doldurublar, öz uşaqlarını qaçırıblar xaricdə təhsil aldırırlar, xalxın uşaqlarını tökürlər küçələrə və deyirlər ki, get qanunu poz. Mənim xatirimdədir, Azərbaycanda bir neçə xarici ölkənin səfiri var idi, biri elə Norveçin səfiri Steynar Gil, deyirdi ki, siz universitetlərə qarşı çıxış edin, qanunu pozun, sizi azad etsələr Avropada təhsil almağınıza kömək edəcəyik. O cür gənclər var ki Əli Kərimlidir, başqalarıdır, beynini doldurub yoldan çıxarıb. Özlərininkini gizlədib, bunları qabağa verib. Bunlar da özləri bilmədən qanunu pozublar. İndi bunların gələcək həyatı qabaqdadır. Mən hesab edirəm ki, belə gənclərin də azad edilməsi məqsədəuyğun ola bilər. Son olaraq da əsasən bəzi Avropa təşkilatları, o cümlədən bəzi qeyri-hökumət təşkilatları bu və ya digər formada Azərbaycana təzyiq göstərib güzəştli şəkildə Azərbaycanın təbii sərvətlərindən bəhrələnmək üçün müxtəlif ad atırlar ortaya, siyasi məhbus və s. Azərbaycanda siyasi məhbus heç vaxt olmayıb və yoxdur. Siyasi baxışlarına görə və yaxud mətbuatda hansısa çıxışına, yazısına görə heç kəs məsuliyyətə cəlb olunmur. Azərbaycanda ancaq bu və ya digər şəkildə cinayət törətmiş şəxslər var ki onlar hansı partiyanın üzvü olmasından asılı olmayaraq, məsuliyyətə cəlb olunur. Partiyalılığı onu xilas etmir. Bax, belə adamlara artıq siyasi məhbus yox, siyasiləşdirilmiş məhbus deyirlər. Görürsən, saxta şəkildə onlara arayış verirlər. Bir arada Yunuslar bunları alver mənbəyinə çevirmişdi, onların adını siyahıya salmaqla valideynlərindən pul alıb Avropanın hər bir ölkəsində özlərinə villalar alıblar, tikiblər. Bu kateqoriyada olan adamlar var ki onların barəsində artıq mətbuatda da kifayət qədər yazılıb. Bu adamlardan, onların adından istifadə edirlər. Törətdikləri cinayəti kənara qoyurlar, onların pozduğu hüquqlar kənarda qalır, başlayırlar partiyalılığını axtarmağa. Bu vəba xəstəliyini Azərbaycandan birdəfəlik qurtarmaq üçün Avropa Şurasının, Avropa Parlamentinin, erməni lobbisi tərəfindən öyrədilmiş deputatların əlindən o silahı almaqdan ötrü o cür adamların hamısını bir qərarla azad edib, bundan da qurtaraq. Görək, bundan sonra nə istəyəcəklər. Bax budur, prinsip etibarı ilə ortaya qoyulan əsas məsələlər.

Saytların yığılması Saytlarin yigilmasi

İndi həm amnistiya, həm də əfv olacaq? Belə başa düşmək olarmı?

Cavab: Mən onu deyə bilmərəm. Bu qərarı nə verən, nə də qəbul edən mən deyiləm. Əfvi cənab prezident edir, amnistiyanı isə parlament qəbul edir. Biz ideya, fikir, təşəbbüs irəli sürürük. Bunun reallaşması üçün hüquqi mexanizm var və buna uyğun olmalıdır.
Təxminən nə vaxta təsadüf edə bilər?

Təşəbbüs baş tutacaqsa amnistiyanı mayda edə bilərik. Amma cənab prezident istənilən vaxt əfv edə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button