2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

“Belə işgəncələr Hitler və Stalin rejimlərində olub”

Milli Şura sədri Cəmil Həsənli Facebook səhifəsində “Nardaran işi” ilə bağlı prosesdə təqsirləndirilən şəxslərin söz açdığı işgəncələrə münasibət bildirib:

“Bu gün Ağır cinayətlərə dair məhkəmədə “Nardaran işi” ilə bağlı prosesdə iştirak etdim. Bu iş üzrə təqsirli bilinən 5 nəfər ifadə verdi. Doğrusu eşitdiklərim dəhşətli idi. Mən belə istintaq əməllərin, belə amansız işgəncə faktlarına Alman faşizmi və 1937-ci ilin Sovet repressiya tarixini öyrənərkən rast gəlmişəm. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, həmin dövrdə həm Almaniyada, həm də SSRİ-də müstəntiqlərin işgəncə yolu ilə ifadə almalarını qanuniləşdirmişdilər. Nardaran işi ilə bağlı istintaq zamanı təqsirlndirilən şəxslərə qarşı verilən amansız işgəncələr isə cinayət əməlidir. Əvvəlcə Rasim Cəbrayılov adlı təqsirləndirilən şəxs ifadə verdi. Bir baxın görün o, nə deyir: O, deyir ki, qətlə yetirilən polislərdən birini mənim gözümün qarşısında digər polis yoldaşı güllələyib. Noyabrın 26-sı günorta namazı vaxtı mən həyətdə idim. Təxminən 70-80 nəfər qara maskalı evi mühasirəyə aldı, bir qismi də evə hücum etdi. İçəri girən kimi atəş açmağa başladılar. Mənim əllərimi qandallayıb aparanda polislərdən biri gözümün qabağında yaralandı. Qara maskalılardan biri o birinə qışqırdı ki, “Zalım balası, neyəndin. Bu öldü ki!”. Yaralı maskalını qucaqlarına götürüb apardılar. İki mebel maşını gətirmişdilər. Yaralı polisi sağdakı maşına qoydular. Məni isə soldakına. Silahın qundağı ilə vurub qaşımı partlatdılar. Fərahimi maşının içində döyə-döyə öldürdülər. Məni üst-başım cırıq şəkildə, qan içində dindiriblər. Daha sonra Zakir Mustafayev öz ifadəsində dedi: Əməliyyatçıların otağına aparıb məni stula qandalladılar. Döyüb, dedilər ki, burda bağlı qalsın. Mənə sabaha qədər vaxt verdilər ki, düşünüm. Deyim ki, guya Tale bizə silah verib, çevriliş hazırlayıb. Məni ailəmlə təhdid etdikləri üçün onların dediklərinə qol çəkdim. Dedilər ki, ailəni bura gətirəcəyik. Sonra da məndən tələb etdilər ki, əməliyyat çəkilişlərində onların dediklərini deyim. Gözümün qabağında otaqda avtomat darağı və qumbaranı götürüb apardılar. Mən həmin silahları basdırdıqları yeri göstərib onları “tapmaq” göstərişi verildi. Məni mersedes maşınla apardılar və Maştağada hasarın yanında silahın basdırıldığı yeri mənə göstərib dedilər ki, get ordan çıxar. Bütün bunları kameraya çəkdilər. Aqil İsmayılov isə ifadəsində deyib ki, əməliyyat olanda mən özüm təslim oldum. Bir metr məsafədə idim. Əllərim bağlı olduğu halda başıma avtomat sıxdılar. Maşının içində silahın qundağı ilə bizə haradan gəldi vururdular. Fərahimə o qədər vurmuşdular ki, dubinka əyilmişdi. Onu döyə-döyə vəhşicəsinə qətlə yetirdilər. Taleyi maşında o qədər vurdular ki, artıq səsi çıxmırdı. Mənim başımı partlatdılar. Həkim gəldi, ona dedilər ki, bunun burnunu kəs. Həkim də dedi ki, Hipokrat andı olmasa idi, kəsərdim. Sonra Ramin Yarıyev ifadəsində deyib ki, Əkbərin sinəsindən vurdular. Onun maşında qollarını və ayaqlarını sındırdılar. Məni və digərlərini maşında döydülər. Mən verdiyim ifadələri təsdiqləmirəm. Rafael və Əkbərin maşında cəsədi var idi. Fərahimi də döyüb öldürdülər. Sonra Əli Nuriyev ifadə verib dedi ki, dodağıma 4 tikiş vurublar, alt və üst dişlərimi sındırdılar. Bir anlığa diqqət yetirin: bütün bunları əməliyyat qrupu və istintaq orqanları dövlət adından həyata keçiriblər. Hələ ki, rəsmən respublika olan bir dövlətin adından”.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button