2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
SEÇMƏ

“Belə xəstənin pensiyasını kəsmək onun ölüm fərmanını imzalamaqdır”

Oqtay Hacıyev: “Kəndin ən hündür yerində əlimizdə telefon, gözləyirik ki, nazirlikdən zəng gələr, şəbəkə tutmaz”

İllərdir xərçəng xəstəliyi ilə mübarizə aparan Qubanın Buduq kənd sakini Nəsibə Hacıyeva xeyli vaxtdır ki, əlillik müddətinin uzadılmasını gözləyir. Deyir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasından əlaqə saxlayacaqlarına söz veriblər. Onun sözlərinə görə, üstündən aylar keçsə də, verilən vədə əməl olunmur.

Saytların yığılması Saytlarin yigilmasi

“Dərmansızlıqdan qıcolmaları artıb”

Nəsibə Hacıyeva bir müddət əvvəl ağır əməliyyat keçirib. Onun başının sağ hissəsindəki bədxassəli şiş götürülüb, həmin yerdə böyük çuxur yaranıb. Yataqdan yaxınlarının köməyi olmadan qalxa bilmir.
Buduq kənd sakini 7 il ardıcıl ikinci qrup əlil kimi təqaüd alıb. Əlilliyə görə verilən pensiya keçən ilin oktyabrında dayandırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası 2021-ci ilin payızında imtina sənədi göndərib, burada səbəbin müalicəyə ehtiyac olması bildirilib. Hacıyevlər ailəsi bununla həm də böyük çətinliklə üz-üzə qalıb. Ciddi maddi sıxıntı yaranıb. Həyat yoldaşı Oqtay Hacıyev deyir ki, müraciət etmədikləri yer qalmayıb.

“Nə gizlədim, dərman almağa pulumuz yoxdur. Belə xəstənin pensiyasını kəsmək onun ölüm fərmanını imzalamaq kimi bir şeydir. Döymədiyimiz qapı qalmayıb. Dərmansızlıqdan qıcolmaları artıb. Gözümüz qabağında adam məhv olur. Yazırıq, zəng vururuq, heç bir faydası yoxdur. Bizi görmək, eşitmək istəmirlər”.

“Biz də insanıq, onun məhv olmasına göz yuma bilmirik”

Nəsibə Hacıyeva danışmağa çətinlik çəkir. Yaxınları deyir ki, qadın zamanla tükənməyə başlayıb. Sanki müalicəsinin vaxtı ötdükcə taqətdən düşür.

Bir müddət öncə Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilmişdi ki, Nəsibə Hacıyevanın əlilliyinin qiymətləndirilməsi xəstəxananın elektron sistemə daxil etdiyi göndəriş əsasında aparılıb. Məlum olub ki, göndərişdə onun əsas diaqnoz və ağırlaşmalarını təsdiqləyən müayinələr tam aparılmayıb.

Bu qurumdan söz verilmişdi ki, vətəndaş Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əyani müayinəyə dəvət ediləcək. Əyani müayinənin nəticəsinə uyğun olaraq, da onun əlilliyinin qiymətləndirilməsilə bağlı müvafiq qərar veriləcək.

Hacıyevlər ailəsi də öz növbəsində xəstəni müayinə üçün Qubaya və ya Qusara aparmağın məsuliyyətini üzərinə götürüb. Amma agentlikdən xəbər çıxmayıb.

“Gözümüz yolda qalıb. Hər gün, hətta deyərdim ki, hər an zəng gözləyirik. Bizim kənddə düz-əməlli şəbəkə tutmur. Kəndin ən hündür yerində əlimizdə telefonla gözləyirik ki, birdən nazirlikdən zəng gələr, şəbəkə tutmaz. Əyani müayinə deyirlər, razıyıq. Xəstənin vəziyyəti yalnız pisliyə doğru dəyişir. Biz də insanıq, onun məhv olmasına göz yuma bilmirik, əzab çəkirik. Necə deyirlərsə, o cür davranaq. Bircə vəziyyətin necə ağır olduğunu görsünlər…”, – Oqtay Hacıyev belə deyir.

“Nəyi gözləyirlər, ölməyini?”

O, Tibbi-Sosial Ekspert Komissiyasına məktubla müraciətlərin mənası qalmadığını bildirir. Çünki müraciətə xeyli gec cavab verilir, aylarla gözləmək lazım gəlir. Cavablar, adətən, konkretlikdən uzaq olur.

Buduğa ictimai nəqliyyat işləmir. Buna görə də Nəsibə Hacıyeva aylarla kənddən heç bir yerə çıxa bilmir. Qayaların üzərində yerləşən yaşayış məntəqəsi sanki sivilizasiyadan uzaq düşüb:

“Elə adamlara əlil kimi pensiya verirlər ki, təəccüblənməyə bilmirsən. Baxırsan, həmin şəxslər ağır xəstəyə oxşamır. Onların əilliyi qeydiyyata alınırsa, onda belə acınacaqlı vəziyyətdə olan xəstə niyə siyahıdan kənarda qalır?! Nəyi gözləyirlər, ölməyini?..”

“Mütləq dəvət olunacaq”

Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qurbanov Meydan TV-yə bildirib ki, Nəsibə Hacıyeva mütləq əyani müayinəyə dəvət olunacaq. Lakin o, Nəsibə Hacıyevanın konkret nə vaxt dəvət olunacağını deməyib.

Meydan TV

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button