2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Belarus generalının Azərbaycanda gördükləri – Fotolar

Azərbaycanda rəsmi səfərdə olan Belarus Respublikası müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-mayor Oleq Belokonevin rəhbərlik etdiyi nümayəndə heyəti Silahlı Qüvvələrimizin hərbi hissələrini ziyarət edib.

24saat.org Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, qonaqlar əvvəlcə Hərbi Dəniz Qüvvələrinin bazasında və sülhməramlı qüvvələrin hərbi hissəsində yerləşən hərbi-texniki infrastruktur, inzibati, xidməti binalar və qurğularla tanış olublar. Onlara şəxsi heyətin döyüş və xidməti vəzifələrini yerinə yetirməsi üçün yaradılan şərait barədə ətraflı məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Sonra belaruslu qonaqlar Hərbi Dəniz Qüvvələrinin dəniz hazırlığı və dalğıc poliqonuna gəliblər. İxtisaslaşdırılmış dalğıc mütəxəssislərinin hazırlığı üçün nəzərdə tutulan və ən yeni dalğıc texnikası nümunələri, suyadalma vasitələri, xüsusi avadanlıqla təchiz edilmiş poliqonun infrastrukturu ilə tanış olan O.Belokonev yaradılan şəraiti yüksək qiymətləndirib.

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button