2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Belarus hökuməti müxalifət liderinin Telegram kanalını “ekstremist” elan edib

Belarus məhkəməsi sürgündə olan müxalifət lideri Svetlana Tixanovskayanın rəsmi Telegram kanalı və Qolos (Səs) platformasına “ekstremist” damğası vurub. Bu, rəsmilərin ötən il keçirilən mübahisəli prezident seçkisindən sonra müxalifət, müstəqil media və vətəndaş cəmiyyətinə qarşı təqibləri davam etdirdiyi vaxta təsadüf edib.

Qərar oktyabrın 15-də Tsentralnı rayon məhkəməsi tərəfindən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Əleyhinə Mübarizə Baş İdarəsinin məlumatı əsasında verilib.

Bu kanallara və ya yazışmalara abunə olun hər kəs ekstermist olaraq görüləcəcək və həbs cəzası və ya cərimə ilə üzləşə bilər.

Saytların yığılması Saytlarin yigilmasi

Tixanovskayanın Telegram kanalının 100 000-dən çox abunəçisi var. Kanalda müxalifət liderlərinin bəyanatları və onun komandasının gördüyü işlər, habelə başqa məlumatlar paylaşılır.

Seçki saxtakarlığı ilə bağlı məlumat paylaşan “Qolos”un 94 mindən çox abunəçisi var.

Belarusda ötən ilin avqust ayında Qərbin saxtlaşdırıldığı iddia etdiyi seçki nəticəsində Aleksandr Lukaşenkonun altıncı dəfə prezident seçilməsinin ardından başlayan etirazlardan bəri rəsmilər yüzlərlə Telegram kanalı və yazışmalarını “ekstremist” elan edib.

Hökumət etirazlara cavab olaraq demokratiya tərəfdarı həkərata qarşı təqiblər başladıb, minlərlə insanı həbs edib, əsas müxalif fiqurların əksəriyyətini ölkədən didərgin salıb.

1994-cü ildən bəri ölkəni idarə edən Lukaşenko seçkidə saxtakarlığın olduğunu rədd edir və müxalifətlə siyasi keçid və yeni seçki ilə bağlı danışıqlar aparmaqdan imtina edir.

Mənbə
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button