2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Belarus saxlanan jurnalistlərin buraxıldığını deyir

Belarusda müstəntiqlər avqustun 9-da axşam bu həftə saxlanmış jurnalistlərin hamısının buraxıldığını bildiriblər. Ancaq bəzi müstəqil jurnalistlərin hələ də buraxılmadığı xəbər verilir.

Jurnalistlər BelTA dövlət xəbər agentliyinin kompüter sistemlərindən hakerlikdə şübhəli sayılıblar.

Buraxılanlar içində Tut.by onlayn xəbər portalının üç əməkdaşı var: redaktorlar Maryna Zolatava və Hanna Kaltyhina, müxbir Hanna Yermachonak.

Zolatava AzadlıqRadiosu-na deyib ki, həbsdə onunla yaxşı davranıblar, ancaq işlə əlaqədar səhlənkarlıqda suçlanır və buna görə 5 ilədək həbs nəzərdə tutulub.

Saytların yığılması Saytlarin yigilmasi

Belarusun İstintaq Komitəsinin məlumatına görə, Zolatava etiraf edib ki, əməkdaşları uzun müddət BelTA-nın ödənişli abunə xidmətindən qanunsuz istifadə ediblər və bundan xəbəri olub. Məlumatı Rusiyanın Interfax agentliyi yayıb.

Komitənin bildirməsinə görə, o, “istintaqla fəal əməkdaşlığına görə” buraxılıb.

“PROLOQ”

Tut.by-nin qurucusu Yury Zisser Facebook-da yazıb ki, portalın bütün əməkdaşları buraxılıb, amma o, bunun ancaq “proloq” olduğunu, komitənin istintaqı davam etdirdiyini və bəzi jurnalistləri “məhkəmə”yə çəkəcəyini yazıb.

Tut.by-nin ofisi
Tut.by-nin ofisi

İnsan haqları qrupları iddia edirlər ki, hakimiyyət prezident Alyaksandr Lukashenka və hökumətini tənqid edən müstəqil medianı susdurmağa çalışır.

Belarusun Xarici İşlər Nazirliyi iddianı rədd edib.

İstintaq çərçivəsində Tut.by və BelaPAN müstəqil xəbər agentliyinin ofislərində axtarış aparılıb.

Avqustun 9-da “Belaruslar və Bazar” vebsaytının redaktoru Alyaksey Zhukau və BelaPAN-ın müxbiri Tatsyana Karavyankova da buraxılıb.

AzadlıqRadiosu iki tanınmış jurnalistin hələ də həbsdə qaldığını xəbər verir.

Deutsche Welle beynəlxalq yayımçısının əməkdaşı Paulyuk Bykouski buraxılmayıb və avqustun 10-da dindiriləcək. Bu haqda onun həyat yoldaşı Volha BykouskayaFacebook-da yazıb. Jurnalistin kompüterləri və kredit kartları müsadirə olunub.

BelaPAN-ın redaktoru Iryna Leushyna-nın taleyi də naməlum qalır. O, avqustun 9-da saxlanıb.

Deutsche Welle Belarusun Berlindəki səfirinə etiraz notası təqdim edib.

ABŞ Helsinki Komissiyasının sədri, senator Roger Wicker avqustun 9-da jurnalistlərin saxlanmasını pisləyib.

AzadlıqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button