2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Belarus Ukrayna ilə sərhəddə təlim elan edir

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık deyib ki, Belarus Ukrayna sərhədi boyunca 4 min əsgər cəmləşdirib

Saytların yığılması Saytlarin yigilmasi

Belarusun Müdafiə Nazirliyi iyunun 22-də Ukrayna ilə həmsərhəd Qomel vilayətində “səfərbərlik təlimləri” elan edib.

Təlimlərin iyulun 1-dək davam etdiriləcəyi gözlənilir.

Nazirlik bunu da əlavə edir ki, belə təlimlər ölkədə hər il keçirilir. Məsələn 2021-ci ildə keçirilən təlimlərdə Mogilyov vilayətinin hərbi komissarlıqları iştirak ediblər.

Məlumatda deyilir ki, bundan əvvəlki səfərbərlik təlimlərindən fərqli olaraq bu dəfə hərbi qulluqçular hərbi hissələrə yox, evlərinə göndəriləcəklər.

Lakin qeyd olunur ki, təlimlərin real əməliyyatlara yaxınlaşdırılması məqsədilə manevrlərə xüsusi əməliyyat birləşmələri də qatılacaq.

Müharibədə iştirak etməsə də

Belarus Müdafiə Nazirliyi bildirir ki, təlimlərdən məqsəd hərbi komissarlıqların öz vəzifələrinin icrasına hazırlığını yoxlamaqdır.

Bildirilir ki, təlimlər zamanı hərbi mükəlləfiyyəti olanların komissarlıqlar vasitəsilə səfərbər edilməsi məşq ediləcək.

Belarus mediası xəbər verir ki, hazırda Belarusun Ukrayna ilə cənub sərhədi ciddi rejimdə mühafizə olunur.

Qomel vilayəti də daxil bu ərazidə mümkün təhlükələrə hazırlıq tədbirləri görülür.

Burada mühüm obyektlər və yollar mühafizə olunur.

Belarus ordusu Rusiyanın Ukraynaya qarşı müharibəsində iştirak etmir, amma Rusiya qüvvələri Ukrayna şəhərlərinə raketləri məhz Belarus ərazisindən atırlar.

Bununla belə hərbi ekspertlər və müşahidəçilər Belarus hərbçilərinin bu münaqişədə tammiqyaslı iştirakının mümkünlüyünü müzakirə edirlər.

Ukrayna Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanık deyib ki, Belarus Ukrayna sərhədi boyunca 4 min əsgər cəmləşdirib.

Onun sözlərinə görə Rusiya bunlardan Ukraynaya yeni hücumlar üçün istifadə edə bilər.

24 saat” “
Belarus Ukrayna ilə sərhəddə təlim elan edir
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button