2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Belarusda ‘Ədalət yürüşü’


Belarusun paytaxtı Minskdə növbəti bazargünü aksiyası keçirilir. “Ədalət yürüşü” adlandırılan bu dəfəki yürüşdə etirazçıların Azadlıq meydanından Ali Məhkəməyə, daha sonra isə Lukaşenkanın iqamətgahına doğru yürüş edəcəyi bildirilir. Ən son məlumatlara görə, artıq xüsusi texnika Ali Məhkəmə, Azadlq Meydanı və Lukaşenkanın igamətgahı ərtafına cəmləşib. AzadlıqRadiosunun Belarus xidmətinin verdiyi məlumata görə, bəzi yerlədə “BTR “-lər də gözə dəyir.

 

Bu ərəfədə Minskdə prokurorluq azyaşlı uşaqları ilə aksiyaya çıxan valideynlərin axtarışına başlayıb. Bundan başqa sosial şəbəkələrdə vətəndaşları dəstəkləyən 30-a yaxın diplomatın da vəzifəsindən uzaqlaşdırlacağı ilə bağlı məlumatlar yayılmaqdadır. AzadlıqRadiosunun yazdığına görə, bu barədə özünün teleqram səhifəsində Belarusun Fransada səfiri olmuş Pavel Latuşko məlumat paylaşıb.

Saytların yığılması Saytlarin yigilmasi

Belarus daxili işlər nazirliyinin məlumatına görə, şənbə günü Minskdə keçirilən etiraz aksiyasında saxlanılan 430 nəfərdən 385 nəfəri səhərə yaxın sərbəst buraxılıb.

Xatırlatma

Belarusda gərginlik avqustun 9-da keçirilən prezident seçkisindən sonra başlayıb. Beləki seçki günün sonunda və bir neçə gün sonra seçkilərdə 80 faiz səs çoxluğu ilə Lukaşenkanın qalib gəldiyi elan edilib. Amma bunun heç də belə olmadığını, səslərin saxtalaşdırıldığını deyən müxalif namizədlər və seçicilər etirazlara başlayıb. Aksiyanın ilk 3 günü hüquq-mühafizə əməkdaşları etirazçılara qarşı sərt davranıbalar. Yüzlərlə adam saxlanılır, onlara işgəncələr verilib, ən azı bir nəfər ölüb. Lukaşenkanın əsas rəqibi olan müxalif namizəd Svetlana Tixanovskaya ölkəni tərk etmək məcburiyyətində qalıb. Avropa İttifaqı liderləri seçkinin nəticələrini tanımadıqları haqqında birgə bəyanatla çıxış ediblər.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button