Dünya

Belarusda 160-dan çox etirazçı saxlanıb


 

Belarus polisi 31 yanvar nümayişləri zamanı Alyaksandr Lukaşenkanın istefasını tələb edən 160-dan çox etirazçını saxlayıb.

Videolarda qara geyimli polislərin etirazçıları səkilərdən sürüyərək mikroavtobuslara basdığı görünür. Başqa bir videoda isə polis nümayişçiləri qovur.

İsveçrəli jurnalist Luziya Tsçirki də saxlanıb. O, İsveçrə səfirliyinin müdaxiləsindən sonra buraxılıb.

Lukaşenka 9 avqust seçkisinin qalibi elan olunandan sonra Belarusda hər həftə etirazlar keçirilir. Ötən il həftəlik nümayişlərə 100 minədək etirazçı çıxırdı.

Lukaşenka vətəndaşlara qarşı polis gücündən istifadə etməklə, onminlərlə insanı həbsə atmaqla hakimiyyətdə qala bilib.

24saat.org

Mənbə – azadliq.org

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button