2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏGündəm

Belarusda ‘Azadlıq’ radiosunun sosial şəbəkələri ekstrimist hesab edilib

“Azadlıq” radiosunun Belarus xidmətinin sosial şəbəkələrdə, o cümlədən Telegram və YouTube kanallarındakı hesabları ölkədə ekstremist şəbəkələr kimi tanınıb.

AzadlıqRadiosunun rus xidməti yazır ki, Belarus məhkəməsi Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin materialları əsasında belə bir qərar çıxarıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Beləliklə, Belarusun bütün ən böyük müstəqil ictimai-siyasi medialarının teleqram kanalları Aleksandr Lukaşenko rejimi tərəfindən ekstremist kimi tanınıb. Biz suveren Belarusun tarixində hakimiyyətin söz və müstəqil media azadlığına ən böyük hücumunun şahidi oluruq. ”, – radionun Belarus redaksiyasından bildirilib.

Bu Belarusda mediaya qarşı ilk hücum deyil. Beləki indiyə qədər Lukaşenko rejimi tərəfindən ölkədə fəliyyət göstərən 300-ə yaxın internet resursu “ekstremist” kimi tanınıb.

İyulun 27-də Polşanın “Belsat” telekanalının informasiya resursları ekstremist elan edilib. Oxşar qərar avqustda Tribuna.com idman saytı üçün də qəbul edilib. Zerkalo.io, Tut.by saytlarının bütün informasiya məhsulları, onların sosial şəbəkələri və bu iki nəşrin loqoları da ekstremist hesab olunur.

Noyabrın 13-də Belarusun ən köhnə xəbər agentliyi BelaPAN da ekstremist elan edilib.

Mənbə: AzadlıqRadiosu
“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button