2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Belarusda hökumət əleyhinə aksiyalar keçirilib, saxlananlar var…


Noyabrın 15-də Belarusda Alyaksandr Lukaşenkanın istefasını və yeni prezident seçkilərinin keçirilməsini tələb edən nümayişçilər saxlanıb.

AzadlıqRadiosunun Mərkəzi xəbər xidmətinin məlumatına görə paytaxt Minsk və digər şəhərlərdə 180 nümayişçinin saxlanıb.

Məlumata görə ölkədə mobil internet məhdudlaşdırılıb, Minskin mərkəzində bir neçə metro stansiyası bağlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

9 avqustda keçirilən prezident seçkilərində səslərin Lukaşenkanın lehinə saxtalaşdırıldığı və əslində əsas səsləri özünün qalib gəldiyini bildirən müxalifət lideri Svyatlana Tsikhanouskaya öz twitter hesabında yazıb ki, 15 noyabrda etirazçılara “gözyaşardıcı qaz, əl bombası və odlu silahla” basqın olub. O, beynəlxalq ictimaiyyəti nümayişçilərə dəstək olmağa çağırıb.

“Currenttime” layihəsinin xəbərinə görə 15 noyabrda müxalifət 3 gün öncə reanmiyasiyada vəfat edən 31 yaşlı Raman Bondarenkanın xatirəsini yad etmək məqsədi ilə dinc marş keçirəcəyini açıqlamışdı. Bondarenkanun noyabrın 11-də evinin qarşısında mülki geyimli naməlum şəxslər tərəfindən saxlanıldığı və onun polisə aparılmasından bir neçə saat sonra ağır durumda xəstəxanaya yerləşdirildiyi iddia olunur. Aldığı xəsarətlərdən sonra o ertəsi gün, noyabrın 12-də xəstəxanada keçindiyi bildirilir.

 

Belarusda aksiyalar avqustun 9-da ölkədə keçirilən prezident seçkilərindən sonra başlayıb. Seçkilərdə iştirak edən namizədlər və səs verən vətəndaşlar səsvermənin nəticələrinin saxtalaşdırlmasına etiraz olaraq küçələrə çıxıblar. Etirazçılar hesab edirlər ki, seçki indiki prezident Lukashenkanın xeyrinə saxtalaşdırııb. Aksiyaların ilk 3 günü etirazçılara qarşı OMON zorakı davranıb, minlərlə adam həbs olunub, işgəncələrə məruz qalıb. Toqquşmalarda ən azı 1 nəfərin öldüyü xəbər verilir. Lukashenkanın əsas rəqiblərindən biri təhlükəsizlik baxımdan ölkəni tərk edib.

Avropa İttifaqı ölkələrinin liderləri Belarusdakı prezident seçkisinin nəticələrini tanımadıqları ilə bağlı birgə bəyanatla çıxış ediblər. Bundan başqa Belarusa sanksiyalar tətbiq olunacağı açıqlanıb.

 

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button