Bizim tərcümə

Belarusda mənzildə yanğın: 1-i uşaq olmaqla 6 nəfər ölüb

2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər

2022-12-17 17:12:11

Belarusun paytaxtı Minskdə yerli vaxtla saat 03:30 radələrində 5 mərtəbəli yaşayış binasının ikinci mərtəbəsindəki mənzildə yanğın baş verib. 40 kvadratmetrlik mənzildə başlayan yanğın qısa zamanda böyüyərkən bölgəyə Belarus Fövqəladə Hallar Nazirliyinin qrupları göndərilib.

Yanğınsöndürmə briqadaları binada sıxılmış vəziyyətdə qalan 20-dən çox insanı qısa müddətdə təxliyə edib. Nazirlikdən verilən açıqlamada təxliyə edilənlər arasında tüstüdən zəhərlənən 3 nəfərin xəstəxanaya aparıldığı bildirilib.

Saytların yığılması Saytlarin yigilmasi

Yanğın zamanı 1-i uşaq olmaqla 6 nəfərin öldüyü bildirilib. Belarus İstintaq Komitəsindən verilən yazılı açıqlamada ölənlərdən 3-nün tüstüdən zəhərləndiyi, digərlərinin cəsədlərində yanıqların aşkarlandığı bildirilib.

70-dən çox xilasetmə qrupu və 20-yə yaxın yanğınsöndürən maşınının iştirak etdiyi söndürmə işləri səhər saatlarına doğru tamamlanıb.

Yanğının səbəbi hələlik məlum deyil, hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Tərcümə“24 SAAT”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button