2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Belarusda müxalifətçilər həbs olunur


Belarus müxalifətinin tanınmış lideri Mikalay Statkevich və bir neçə bloqer iyunun 15-də daha 15 günlük həbsə məhkum ediliblər. Prezident seçkisi öncəsi ölkədə narazılara divantutmanın miqyası genişlənməkdədir.

Statkevich iyunun 1-də Minsk müxalifətin “icazəsiz” toplantısında iştirakına görə 15 günlük həbsə məhkum edilmişdi. Tədbirdə seçkilərdə namizəd olacaq şəxsləri dəstəkləmək üçün petisiyalara imza toplanırdı.

Son həftələr Belarusda müxalifətin gələcək namizədlərə dəstək məqsədilə keçirilən yürüş və toplantılarına minlərlə insan qatılır. Avqusta planlaşdırılan seçkidə Prezident Alyaksandr Lukashenka altıncı müddətə dövlət başçısı olmaq niyyətindədir.

Saytların yığılması Saytlarin yigilmasi

İndiyədək onlarla fəal və siyasətçi təqib olunub, həbs edilib.

Statkevich-in həyat yoldaşı Maryna Adamovich iyunun 15-də Facebook-da yazıb ki, ərini vəkilin iştirakı olmadan daha 15 günlük həbsə məhkum ediblər.

Bloqerlər hədəfdə

Statkevich 2010-cu il seçkisində Lukashenka-ya rəqib olub, avqust seçkisinə isə buraxılmayıb. 2010-cu ildə seçkinin saxtakarlıqla keçirildiyi iddia olunurdu. Statkevich sonradan altı illik həbsə məhkum olundu, 2015-ci ildə buraxıldı.

İyunun 15-də bloqerlər Eduard Palchys, Uladzimir Tsyhanovich və Mikalai Maslouski də “icazəsiz” tədbirdə iştiraka görə 15 günlük həbsə məhkum ediliblər.

Həbsdə olan vloqer Syarhey Tsikhanouski avqust seçkisinə qatılmaq istəyirdi. O, demokratiya tələbilə yürüşlərin təşkilinə görə 3 illik həbsə məhkum oluna bilər.

Tsikhanouski-nin namizədliyi rədd olunandan sonra onun həyat yoldaşı Svyatlana Tsikhanouskaya namizəd kimi qeydiyyata alınmağa çalışır, bunun üçün gərəkən 100 min imzanı yığır.

Müstəntiqlər hazırda Belgazprombank-ın keçmiş rəhbəri Viktar Babaryka-nı da hədəfə alıblar. O, Lukashenka-ya seçkidə rəqib olmaq üçün bank rəhbərliyindən istefa verib.

İyunun 15-də hakim orqanlar banka nəzarəti ələ keçirib, çirkli pulyuma və korrupsiya üzrə istintaq aparıldığını bildirib. Bankın 15 rəsmisi həbs olunub. Bu bank Rusiya Gazprombank-ının filialıdır.

Babaryka deyir ki, reydlərdə məqsəd ona siyasi təzyiq göstərməkdir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button