2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Belarusda ümumölkə tətilinə çağırış edilib


Jlobin şəhərinin yaxınlığında yerləşən Belarus Metallurgiya Zavodunun (BMZ) avqustun 10-da qismən işi dayandırdığı xəbər verilir.

AzadlıqRadiosunun Rus xidməti həmin zavodun fəhlələrinə istinadən bildirir ki, müəssisədə azı bir sexdə iş dayandırılıb.

Hazırda fəhlələrlə zavod direktoru arasında danışıqların getdiyi bildirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Bu da xəbər verilir ki, tətilin səbəbi siyasidir. Fəhlələr “ədalətli seçki” tələb edirlər.

Sputnik News agentliyinin mənbələri bildirirlər ki, zavodda boru prokatı və kanat sexi işləmir.

Belarusun TUT.BY saytı tətilə çağırışın vərəqəsini dərc edib.

 

Sosial şəbəkələrdə onlarca fəhlənin saxlandığı bildirilir, amma bu xəbərlər müstəqil şəkildə təsdiq olunmayıb.

BMZ Belarusun ən böyük dövlət müəssisələrindədir. Burada 11 nəfər işləyir.

 

Yüzminlərlə abunəçisi olan NEXTA Telegram-kanalında avqustun 10-da yayılan vərəqədə 11 avqustdan ümumölkə tətilinə çağırırş edilir.

 

Bu da bildirilir ki, tətilçilər avqustun 9-da keçirilmiş prezident seçkisi nəticələrin saxlatalaşdırılmasına və Alyaksandr Lukashenka-nın qalib elan edilməsinə etiraz edirlər.

Lukashenka-nın qalib elan edilməsi bütün Belarus boyunca küçə aksiyalarına, iğtişaşlara və polislə toqquşmalara səbəb olub.

 

Belarus Daxili İşlər Nazirliyinin məlumatına görə aksiyalar zamanı 3 minədək şəxs saxlanıb.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button