Loading...
Loading...
Xəbərlər

Belaruslu idmançı Polşadan siyasi sığınacaq istəyib

“Еvrоrаdiо”-nun materialları əsasında

Belarus Respublikasının yüngül atleti Kristina Timanovskaya məşqçilərin qərarını yerinə yetirməkdən və Tokioda keçirilən Olimpiadadan qayıtmaqdan imtina edib.

O, Polşada siyasi sığınacaq almaq üçün sənəd verib. Daha əvvəl xəbər verildiyi kimi, Çexiya həmçinin Timanovskayaya öz köməyini təklif edib.

Timanovskaya 4×400 metr məsafəni qaçmaqdan imtina etdiyi üçün onun departasiya olunması barədə qərar verilib. Qərarı həmçinin idmançının psixoloji vəziyyəti ilə əsaslandırıblar. Hazırda idmançı yapon hökumətinin mühafizəsi altındadır.

İdmançı avqustun 2-si 200 metrlik məsafədə hazırlıq qaçışında iştirak etməli idi. Belarusun Milli Olimpiada Komitəsinin (MOK) rəsmi bəyanatında deyilir ki, idmançının milli komandadan kənarlaşdırılmasına səbəb onun emosional-psixoloji vəziyyəti olub. Bəyanatda qeyd edilir ki, qərar həkimlərin tövsiyəsi əsasında verilib. Hərçənd idmançı bu məlumatı təkzib edib və tibb işçilərinin onu müayinə etmədiyini söyləyib.

Timanovskaya milli komandadan kənarlaşdırılmazdan az əvvəl Belarusun idman sahəsindəki məmurlarını tənqid edib. İdmançı onu 4×400 metr məsafədə qaçmağa məcbur etdiklərini söyləyib, halbuki məlum distansiya Timanovskayanın öhdəliyi deyil. Belə ki, o, 100 və 200 metr məsafələrdə ixtisaslaşıb.

Belarus milli yığmasının idmançısını İstanbula gedən təyyarəyə minməyə məcbur etdikləri məlum olub. Timanovskaya Tokio hava limanında onu zorla apardıqlarını bəyan edib. Məsələyə yapon polisi və Beynəlxalq Olimpiya Komitəsinin (BOK) nümayəndələri müdaxilə edib. BOK-də Belarusun MOK-dən izahat istəyiblər. Oyunların Təşkilat Komitəsi də istintaqa qoşulub.

Timanovskaya “Reuters” agentliyinə müsahibəsində Tokio hava limanında yerli polisdən yardım istədiyini və polisin onu müdafiə etdiyini söyləyib. İdmançı Belarus hakimiyyətinin ona təzyiq göstərdiyini və bu səbəbən vətənə qayıtmaq niyyətində olmadığını bəyan edib. O, evə qayıdacağı halda dəmir barmaqlıqlar arasına düşəcəyindən əmindir.

Timanovskaya siyasi sığınacaq verilməsi barədə müraciət edəcəyini söyləyib.


24 saat” “Belaruslu idmançı Polşadan siyasi sığınacaq istəyib” başlıqlı yazını “”yə istinadən dərc edib.

Gözdən qaçırmayın:  Bayden və Putin Kennedi və Xruşev ola biləcəklərmi?

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button