2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
GündəmSiyasət

Belçikada “Erdoğan tərəfdarları ilə əleyhdarları” toqquşublar

Brüsseldəki Türkiyə konsulluğunun qarşısında prezident Erdoğanın tərəfdarları və əleyhdarları arasında qanlı toqquşma baş verib.

Reuters agentliyinin verdiyi xəbərə görə Belçikanın baş naziri Charles Michel Türikiyədə aprelin 16-da keçiriləcək referendumla bağlı olduğu düşünülən bu qarşıdurmanı kəskin pisləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Bu referendumun nəticəsindən asılı olaraq prezident Erdoğana hüdudsuz hakimiyyət səlahiyyətləri verilə bilər.

Baş nazir dyib ki, “Türkiyə referendumu ilə bağlı zorakılıqların Belçika torpağına hər hansı şəkildə yayılmasına dözümsüzlük göstəriləcək”.

Polis sözçüsü toqquşma nəticəsində xəsarət alanların sayı və bu xəsarətlərin təbiəti barədə heç bir məlumat verilməyəcəyini söyləyib.

Türkiyə hökumətinin Avropa şəhərlərində Erdoğana dəstək mitinqləri keçirməsi ilə bağlı Ankara ilə Avropa İttifaqı arasında münasibətlər daha da gərginləşib.

Erdoğan bundan əvvəl Hollandiya və Almaniyanın bir sıra şəhərlərində referendum mitinqlərinin keçirlməsinə icazə verilməməsinə hiddətli reaksiya vermişdi.

Kürdlərin Firat xəbər agentliyi bildirir ki, toqquşma Erdoğan tərəfdarları ilə konsulluqda keçirilən səsvermə məntəqəsinə gələnlər arasında baş verib.

Britaniyada çıxan Sun qəzeti xəbər verir ki, bəzi məlumatlara görə qarşıdurma Belçikada yaşayan Türkiyə kürdləri ilə onlara hücum edən Türkiyə hökuməti tərəfdarları arasında baş verib.

Bəzi təsdiq olunmamış məlumatlarda xəsarətlərin bıçaqla yetirildiyi, bıçaqlananlardan birinin 60 yaşlı qadın olduğu bildirilir.

“The Daily Star” qəzeti baş vermis toqquşmanın ardınca konsulluğun qarşısında etirazçılarıntoplaşdığını xəbər verir.

Türkiyə mənbələri sözü gedən qarşıdurmada 4 nəfərin xəsarət aldığını bildiriblər.

BBC Türk xidmətinin verdiyi xəbərə görə Brüssel meriyasının başçısıYwan Mayeur ikisi bıçaqlanmış olmaqla 4 nəfərin yaralandığını deyib.

Onlardan bəzilərinin vəziyyətinin ağır olduğu xəbər verilir.

Avropanın bir sıra şəhərlərində Türkiyə referendumunun erkən səsverməsi keçirilir.

24saat.org

Mənbə – azadliq.org

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button