Bizim tərcüməDünya

Belçikada kilsəyə maraq azaldı! Minlərlə insan qeydiyyatdan çıxarılıb

Belçikada kilsəni tərk etmək tələbləri artıb. 2021-ci ildə ölkədə “kilsədən qeydiyyatdan çıxarılması tələbi” əvvəlki illə müqayisədə 4 dəfə artıb. Katolik Kilsəsinin dərc etdiyi 2021-ci il hesabatına görə, Belçikada 5200 nəfər vəftiz olunmuş kimi qeydiyyata alındıqları kilsədən qeydiyyatdan çıxarılıb. Belçikada 2020-ci ildə 1261 nəfər kilsə qeydiyyatından çıxarılıb.

Epidemiyadan əvvəl 2019-cu ildə 42 min insanın vəftiz olunduğu Belçikada 2020-ci ildə kilsələr qadağalar səbəbindən bağlanıb və vəftizlər dayandırılıb. Epidemiya tədbirlərinin yumşaldılması ilə 2021-ci ildə ümumilikdə 36 min 834 vəftiz edilib. Epidemiyadan sonra artması gözlənilən vəftiz nisbətləri gözləntilərin altında qalıb, kilsədə keçirilən toyların sayı isə əvvəlki illərə nisbətən xeyli azalıb.

Xristian kimliyi ilə tanınan, lakin kilsələrin getdikcə boşaldığı Belçikada son illərdə yaşanan qalmaqallar Katolik Kilsəsinin qanamasına səbəb olub. Belçikada ibadət edənlərin sayının azalması səbəbindən keçən il 35 kilsə qapılarını bağlamalı olub, bəziləri isə kitabxana və ya konsert salonu kimi fəaliyyət göstərir. (İHA)

Tərcümə“24 SAAT”

Gözdən qaçırmayın:  Yunanıstanda bank quldurunun kimliyi heyrətə gəldi: Yunanıstan Silahlı Qüvvələrinin zabitidir!

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button