Now Reading:
Belçikada terrorçuluqda şübhəli bilinən 5 nəfər saxlanılıb

Belçikada terrorçuluqda şübhəli bilinən 5 nəfər saxlanılıb

Belçika Prokurorluğu keçirdiyi xüsusi əməliyyat zamanı terrorçuluqda şübhəli bilinən 5 nəfərin saxlanıldığını xəbər verib.
Bununla bağlı “RTL” agentliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, cümə axşamından cümə gününə keçən gecə “terrorçuluq dosyesi” çərçivəsində keçirilmiş axtarışlar zamanı 5 nəfər Brüssel regionunda həbs edilib.
Belçikanın federal prokuroru bildirib ki, bu, Parisdə və Brüsseldə törədilmiş terror aktları ilə əlaqəli deyil. “Bu dosye 2015-ci ilin 13 noyabrında Parisə, 2016-cı ilin 22 martında Brüsselə – Zaventemə hücumun sənədlərindən tamamilə fərqlənir” – deyə prokurorluğun açıqlamasında bildirilir.
Report

24saat.org

Mənbə – azadliq.info

Input your search keywords and press Enter.