2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Dünya

Bellingcat, Insider Rusiyada qadağan olunur

Bellingcat və The Insider Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunu geniş işıqlandırır

Saytların yığılması Saytlarin yigilmasi

Rusiyada prokurorlar “Bellingcat” və “The Insider” araşdırmaçı xəbər saytlarını ölkəyə “təhdid” elan edərək, Rusiya daxilində fəaliyyətinin “arzuolunmaz” olduğunu bildirib.

Hakimiyyət həmçinin hüququn aliliyi və insan haqları üzrə ixtisaslaşmış, Praqada yerləşən CEELI İnstitutunun fəaliyyətini qadağan edib.

Rusiya Baş Prokurorluğu iddia edir ki, bu qurumlar “Rusiya Federasiyasının konstitusion quruluşunun əsasları və təhlükəsizliyinə təhdid yaradır”.

Prokurorlar Rusiya Ədliyyə Nazirliyin məlumat veriblər ki, bu qruplar “arzulolunmaz” təşkilatlar siyahısına alınsın.

Siyahıda 56 qurumun adı var.

Bu addım həmin qruplarla işləyən fərdlərin mümkün kriminal cəzalarla üzləşməsi deməkdir.

Araşdırmalar

Niderlandda yerləşən, açıq mənbələrlə işləyən araşdırmaçı Bellingcat vebsaytı səkkiz il öncə Ukraynanın şərqində “Malaysian Airlines” şirkətinə məxsus sərnişin təyyarəsinin vurulması, Rusiya kəşfiyyat agentliklərinin fəaliyyəti, o cümlədən xaricdə sui-qəsdlər, digər həssas mövzularda araşdırmalar dərc edib.

Qurumun əsasını britaniyalı jurnalist Eliot Hiqqinz 2014-cü ildə qoyub. Bundan az öncə Rusiya Ukraynanı Krım yarımadasını ilhaq etmiş, ölkənin şərqində Rusiyanın dəstəklədiyi separatçıları dəstəkləməyə başlamışdı.

Latviya paytaxtı Riqada yerləşən “The Insider” jurnalist və fəal Roman Dobroxotov tərəfindən təsis edilib. Bu sayt vaxtaşırı Bellingcat-lə araşdırmalarda əməkdaşlıq edib.

“The Insider” Kremlin tənqidçiləri Aleksey Navalnı Vladimir Kara-Murzanın Rusiya tərəfindən zəhərlənməsi iddiaları, o cümlədən Rusiyanın xaricdəki gizli əməliyyatları haqda geniş yazılar dərc edib.

Bellingcat və The Insider Rusiyanın Ukraynaya qarşı tammiqyaslı hücumunu da geniş işıqlandırır.

İşğal başlayandan…

CEELI İnstitutunun missiyasına məhkəmələrin müstəqilliyi və bütövlüyünün gücləndirilməsi, korrupsiya ilə mübarizə, vətəndaş cəmiyyətinə dəstək, hüquqi vərdiş və bacarıqların qurulması daxildir. Qurum korporativ və fərdi ianələrlə maliyyələşdiyini bildirir.

“Arzuolunmazlar” siyahısı Rusiya hakimiyyətinin tənqidçilərini cəzalandırması, yaxud susdurması üçün istifadə olunur. Rusiya fevralın sonunda Ukraynanı işğal etməyə başlayandan siyahıdan istifadə də güclənib.

Krasdnodar Diyarında məhkəmə iyulun 15-də demokratiya yönlü Açıq Rusiya hərəkatının keçmiş icraçı direktoru Andrey Pivovarova da hökm çıxarmalıdır. O, “arzuolunmaz” təşkilata başçılıqda ittiham olunub. Pivovarov ittihamı “gülünc” adlandırıb.

24 saat” “
Bellingcat, Insider Rusiyada qadağan olunur
” başlıqlı yazını “AzadliqRadiosu”na istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button